Yüklənir...
Местоположение: Bakı
"Çin Təbabəti klinikası“ İnsan Resursları üzrə mütəxəssis” vəzifəsinə vakansiya elan edir: Vəzifə öhdəlikləri: Əmək qanunvericiliyinə, daxili əsasnamə və prosedurlara uyğun olaraq işçilərin işə qəbulu, işdən azad olunması, vəzifə dəyişiklikləri, transfer və digər kadr əməliyyatlarının icra edilməsi; İşçilərlə bağlı bütün kadr sənədlərinin hazırlanması, qeydiyyatı və arxivləşdirilməsinin təmin edilməsi; Əmək müqavilələrinin, əlavələrin, əmrlərin və digər kadr sənədlərinin hazırlanması; İşçilərlə bağlı bütün dəyişikliklərin müvafiq dövlət portallarına vaxtında və düzgün şəkildə daxil edilməsi; Əmək kitabçalarının qeydiyyatının aparılması, yeni əmək kitabçalarının açılması və zərurət olduqda doldurulması; Məzuniyyət qrafikinin hazırlanması, məzuniyyətlərin izlənilməsi və uçotunun aparılması; İşçilərin şəxsi işlərinin formalaşdırılması, yenilənməsi və arxivləşdirilməsi; İşçilərin müraciətləri əsasında arayış, xasiyyətnamə və digər rəsmi sənədlərin hazırlanması; Filial rəhbərləri ilə sıx əməkdaşlıq edərək işçi heyəti ilə bağlı məsələlərin həlli; Yeni əməkdaşların işə qəbul və adaptasiya prosesinin koordinasiya olunması; Vakansiya elanlarının hazırlanması və paylaşılması; Namizədlərin ilkin dəyərləndirilməsi, müsahibələrin təşkili və seçim prosesində iştirak; Əcnəbi əməkdaşlarla bağlı miqrasiya sənədlərinin hazırlanması, izlənilməsi və miqrasiya proseslərinin koordinasiya olunması; Miqrasiya ilə bağlı icazələrin, qeydiyyat və digər zəruri sənədlərin müddətlərinə nəzarət edilməsi və yenilənmə prosesinin təşkili; İşçilərin gündəlik davamiyyətinin (tabel) izlənilməsi, tabel məlumatlarının hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi; Restoran əməliyyat komandası ilə sıx əməkdaşlıq edərək işçi ehtiyaclarının vaxtında qarşılanmasının təmin edilməsi; HR hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi; İşçi intizamı, daxili qaydalar və əmək münasibətləri ilə bağlı məsələlərin operativ həllinə dəstək göstərilməsi. Namizədə dair tələblər: Ali təhsil (idarəetmə, psixologiya, sosiologiya, hüquq, insan resursları, menecment və ya əlaqəli sahə üzrə üstünlükdür); Xəstəxana və klinika sahəsində İnsan Resursları sahəsi üzrə minimum 3-4 il iş təcrübəsi; Elektron Hökümət Portalları ilə (ƏMAS) işləmə bacarığı; Elektron Hökümət Portalları ilə (ƏMAS),İSB işləmə bacarığı; Azərbaycan Respublikasının Əmək Məcəlləsini yaxşı səviyyədə bilmək; MS Office (xüsusilə MS Excel orta-yaxşı səviyyədə bilməli) işləmək bacarığı; Rus dili və İngilis dili biliyi üstünlükdür Güclü ünsiyyət, təşkilatçılıq və koordinasiya bacarığı; Komandada işləmək və eyni zamanda müstəqil qərarvermə bacarığı; Məsuliyyətli, təşəbbüskar, detallara diqqətli və operativ olmaq; Çoxşaxəli iş mühitində işləmək bacarığı. İşində motivasiyalı, öyrənməyə açıq və təşəbbüskar olması arzu olunandır. Yaş həddi 25-40 Yalnız-xanım namizədlər tələb olunur. İş şəraiti: İş saatları:Bazar ertəsi-Cümə 09:00 – 17:00; Şənbə 10:00-14:00 İş günləri: Altı günlük: Bazar ertəsi-Şənbə (qısa iş günü) Nahar fasiləsi: 13:00-14:00; İstirahət günü: Bazar; İş yeri: Bakı şəhəri, AF Business House Miniso Azerbaijan (baş ofis) Əmək haqqı: Müsahibə əsasında Uyğun namizədlər öz CV-lərini “İnsan Resursları üzrə mütəxəssis” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.