Keyfiyyətə nəzarət üzrə mühəndis - Company

Местоположение: Bakı

Təsvir: Tikintidə keyfiyyətə və keyfiyyətin idarəedilməsi planının və prosedurunun hazırlanması, prosesə nəzarət edilməsi; Podratçı və təchizatçılar ilə keyfiyyətə yoxlamaları həyata keçirir; Keyfiyyətə dair müvafiq sənədləri podratçı, təchizatçı və digər aidiyyatı şəxslərə təqdim edib keyfiyyətin riayət edilməsinə nəzarət edir; Tikinti sahəsinin daxili və xarici auditlərində iştirak edir; Keyfiyyətə nəzarət planını hazırlayır və rəhbərliyə təqdim edir; Mülkiyyətçi ilə keyfiyyət tələblərinin planlamasını təşkil edir; Təmir və tikinti fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılmasının təmin edilməsi, uyğunluğun ölçülməsi məqsədilə mütəmadi yoxlama qrafikinin tərtib edilməsində və yoxlama prosesinin təşkilində iştirak etmək; Tikinti sahəsində görülən inşaat işlərinə, proseslərə və texniki  xidmət işlərinə nəzarəti həyata keçimək; Tikinti-quraşdırma işlərinin plana, işçi cizgilərinə və normativ  sənədlərə uyğun yerinə yetirilməsinə nail olmaq; Tikinti-quraşdırma işlərinin "İcraat Bəyanatı"-na (Method Statement) görə yerinə yetirilməsinə nəzarət etmək ; Tikinti işlərinin texnoloji ardıcıllıqla həyata keçirilməsinə və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin  olunmasına nəzarət etmək; Daxil olan tikinti materiallarının və konstruksiyaların mənşə və keyfiyyəti təsdiq edən sənədlərinə yoxlamanı  təmin etmək; İş prosesində istifadə edilən materialların və konstruksiyaların bəyan edilən texniki və keyfiyyət göstəricilərinə dair uyğunsuzluqları aşkarladıqda aidiyyəti üzrə səlahiyyətli şəxsə məlumat vermək və uyğunsuzluq hesabatını hazırlamaq; İnşaat sahəsi üzrə texnoloji proseslərdə keyfiyyətə neqativ təsir edən amilləri müəyyənləşdirmək və bununla  bağlı Tikinti rəhbərliyinə səmərəli təkliflərlə çıxış etmək; Yoxlama və testləri həyata keçirmək üçün müvafiq prosedurların və inspeksiya test planlarının hazırlanmasına və test metodlarına nəzarət etmək; Tikinti sahəsində yerləşən bütün materialların saxlanma şəraitinə və layihə tələblərinin uyğunluğuna nəzarəti təmin etmək; Ölçü alətlərinin kalibrasiyadan keçirilməsinə, tikintidə istifadə olunan digər avadanlıqlar üzrə müvafiq sertifikatların alınmasına nəzarət etmək; Forma 2 və Forma 3 sənədlərinin tərtibində keyfiyyətə nəzarətfunksiyasını icra etmək. Tələblər: Ali texniki təhsil. Təşkilati bacarıqlar (yazışma qaydaları, vaxtın idarə edilməsi, planlaşdırma, kommunikasiya və s.); Yüksək kommunikasiya bacarıqları; Konfidensial və həssas məlumatlarla işləmək bacarıqları; Normativ sənədlər, siyasət, prosedur və metodoloji sənədlərlə işləmə bacarıqları; Strateji baxış formalaşdırma bacarıqları; Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi; Avtocad,Microsoft Office proqramlarını yaxşı səviyyədə bilmək; Dil bilikləri: Azərbaycan dili; rus dili (üstünlükdür) İş şəraiti İş yeri: Bakı şəhəri. Ezamiyyətlərə hazır olmalı. İş vaxti: Həftənin 5 günü - 09:00-18:00 Əmək haqqı - 1500-2000 AZN (işaxtaranın bilik və iş təcrübəsinə görə dəyişə bilər) Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini  M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r . Əlaqə: 055 2348540 - İnsan Resursları şöbəsi.