Texniki Ofis Mühəndisi - Company

Местоположение: Bakı

Tikinti şirkətinə Texniki Ofis Mühəndisi tələb olunur. Əsas vəzifələr Layihə, çertyoj və texniki sənədlərin yoxlanılması və təhlili; İş həcmlərinin (Quantity Take-Off) hesablanması və BOQ ilə müqayisəsi; Görülmüş işlərin həcmlərinin yoxlanılması və IPC/Aktların hazırlanmasında iştirak; Shop Drawing, Method Statement, RFI və digər texniki sənədlərin hazırlanması və izlənilməsi; Layihədə baş verən dəyişikliklərin və əlavə işlərin (Variation) müəyyən edilməsi; Sahə mühəndisləri, layihəçilər və digər aidiyyəti şöbələrlə koordinasiya; Faktiki görülmüş işlərin layihə və təsdiq edilmiş texniki sənədlərə uyğunluğunun izlənilməsi; Texniki hesabatların və icra sənədlərinin hazırlanması. Namizədə tələblər İnşaat mühəndisliyi üzrə ali təhsil; Tikinti sahəsində minimum 3 il iş təcrübəsi; Texniki Ofis üzrə iş təcrübəsinə üstünlük verilir; Layihə və işçi çertyojları sərbəst oxuma bacarığı; BOQ, iş həcmləri və texniki sənədlərlə işləmək bacarığı; AutoCAD və MS Excel proqramlarını yaxşı səviyyədə bilmək; İngilis dili biliyi üstünlükdür; Analitik düşüncə, dəqiqlik və komandada işləmək bacarığı. Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini  M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .