Satış meneceri - CRM Construction

Местоположение: Bakı

CRM Construction MMC komandasına Satış meneceri axtarılır. İş şərtləri Əmək haqqı: 500 AZN net Bonus: Satış nəticələrinə əsasən əlavə bonus sistemi İş qrafiki: 6 günlük Bazar ertəsi – Cümə: 11:00–20:00 Şənbə: 11:00–16:00 Bazar: İstirahət günü İş yeri: Bakı (Bakmil metrosunun yanı, Azera Plaza) Vəzifə öhdəlikləri Yeni müştərilərin axtarılması və cəlb edilməsi; Gələn müştəri müraciətlərinin telefon, WhatsApp və digər kanallar vasitəsilə cavablandırılması; Potensial müştərilərlə ilkin danışıqların aparılması; Müştərilərin ehtiyaclarının müəyyənləşdirilməsi və uyğun xidmətlərin təqdim edilməsi; Tikinti, ev tikintisi və təmir xidmətlərinin müştərilərə təqdim olunması; Müştərilərlə görüşlərin təşkili və keçirilməsi; Qiymət təkliflərinin müştərilərə təqdim edilməsi; Satış prosesinin başlanğıcdan müqavilənin bağlanmasına qədər izlənilməsi; Mövcud və potensial müştərilərlə mütəmadi əlaqənin saxlanılması; Müştəri məlumatlarının CRM sisteminə düzgün daxil edilməsi və yenilənməsi; Aylıq satış hədəflərinin yerinə yetirilməsi; Rəhbərliyə satış nəticələri və görülən işlər barədə hesabatların təqdim edilməsi. Əlavə vəzifələr Satış meneceri əsas satış fəaliyyətindən əlavə olaraq: Ofisə gələn müştərilərin qarşılanmasına; Görüşlər zamanı qonaqlara çay və kofe servis edilməsinə; Direktora çay servis etmək; Ofisdə qonaqlar üçün ümumi xidmət və səliqəni təmin etməlidir Namizədə tələblər Xanım namizəd Rus dilini əla səviyyədə bilməli – sərbəst danışıq və yazılı ünsiyyət bacarığı; Azərbaycan dilini səlis bilməli; Güclü kommunikasiya və müştəri ilə ünsiyyət bacarığı; Satış və müştəriyönümlü yanaşma; Danışıqlar aparmaq və satış bağlamaq bacarığı; Aktiv, məsuliyyətli və intizamlı olmaq; Komanda ilə işləmək bacarığı; Kompüterdən və ofis proqramlarından istifadə bacarığı; CRM sistemlərində işləmək bacarığı üstünlükdür; Tikinti və təmir sahəsində təcrübənin olması üstünlükdür; Satış sahəsində əvvəlki iş təcrübəsi arzuolunandır. Biz nə təklif edirik? 500 AZN net sabit əmək haqqı; Satış nəticələrinə uyğun əlavə bonus; Sabit və uzunmüddətli iş imkanı; Peşəkar inkişaf və satış sahəsində təcrübə qazanmaq imkanı; İşgüzar və aktiv komanda mühiti. Əgər satış bacarığınız güclüdürsə, insanlarla rahat ünsiyyət qurursunuzsa və nəticəyə fokuslanmısınızsa, CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.