Yüklənir...
Местоположение: Bakı
CRONOS CONSTRUCTION MMC vakansiya elan edir! Əsas vəzifə öhdəlikləri: Anbara daxil olan mal-materialların qəbulunu, yoxlanılmasını və düzgün yerləşdirilməsini təmin etmək; Malların giriş-çıxış uçotunu aparmaq və müvafiq sənədləşməni həyata keçirmək; Anbar qalıqlarına gündəlik nəzarət etmək; Materialların düzgün və təhlükəsiz saxlanılmasını təmin etmək; Müntəzəm inventarizasiya və sayımlarda iştirak etmək; Anbarın səliqəli və nizamlı vəziyyətdə saxlanılmasına nəzarət etmək; Mal-materialların təhvil-təslim prosesini həyata keçirmək; Rəhbərlik tərəfindən verilən digər tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək. Namizədə tələblər: Anbardar vəzifəsində minimum 5 il iş təcrübəsi ; Anbar uçotu və sənədləşmə qaydaları barədə bilik; Məsuliyyətli, diqqətli və intizamlı olmaq; Fiziki cəhətdən sağlam olmaq; Komandada işləmək bacarığı; Tikinti sahəsində anbar təcrübəsinin olması üstünlükdür. İş şəraiti: İş yeri: Qarabağ İş qrafiki: 6 günlük iş rejimi Qalmaq: Təmin olunur Yemək: Təmin olunur Əmək müqaviləsi: Rəsmi rəsmiləşdirmə Əmək haqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə zamanı müəyyən ediləcək. CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərərkən mövzu hissəsində “Anbardar” qeyd etməyiniz xahiş olunur.