Yüklənir...
Местоположение: Bakı
DEVABİ platformasının mağazalar arasında tanıdılması, potensial mağazaların müəyyən edilməsi və yeni tərəfdaşların platformaya cəlb olunması üçün Satış Təqdimat Meneceri axtarılır. Vəzifə öhdəlikləri Potensial tərəfdaş ola biləcək mağazaları müəyyən etmək və yeni mağazalarla əlaqə yaratmaq; Mağazalara yerində səfərlər həyata keçirmək, mağaza rəhbərlərinə və məsul şəxslərə DEVABİ platformasının məqsədini, üstünlüklərini və funksiyalarını təqdim etmək; Potensial mağaza tərəfdaşları ilə danışıqlar aparmaq və onları DEVABİ platformasından istifadəyə cəlb etmək; DEVABİ panelinin mağazada uyğun iş cihazına quraşdırılmasını, qeydiyyatını və aktivləşdirilməsini təmin etmək; Mağazada məsul əməkdaşa paneldən istifadə qaydalarını izah etmək, ilkin praktiki təlim və dəstək göstərmək; Platformaya qoşulmuş mağazaların paneldən faktiki istifadə vəziyyətini izləmək və mağaza əməkdaşları ilə davamlı əlaqə saxlamaq; Mağazalara aylıq kampaniyalar və platformadakı yeniliklər barədə məlumat vermək; Hər bir mağaza üzrə aylıq satış dövriyyəsini izləmək, dəyişiklikləri təhlil etmək və rəhbərliyə məlumat təqdim etmək; Mağazalara edilən səfərlərin, görüşlərin, təqdimatların və yeni qoşulan tərəfdaşların uçotunu aparmaq; Həftəlik və aylıq satış hədəflərinin icrasını təmin etmək və nəticələr barədə İcraçı Direktora hesabat vermək. Tələblər Ali təhsil tələb olunur; Satış, müştəri xidməti və ya sahə işi üzrə təcrübə arzuolunandır; Güclü ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı; Mağazalara səfər etməyə və sahədə aktiv işləməyə hazır olmaq; Kompüterdən və MS Office proqramlarından istifadə bacarığı; Panelin quraşdırılması və istifadəsinin izahı üçün zəruri ilkin texniki bacarıqlar; Məsuliyyətli, nəticəyönümlü, operativ və komandada işləmək bacarığı. İş barədə məlumat Əməkhaqqı: 500 manat başlanğıc (artan əmək haqqı) Nahar şirkət tərəfindən qarşılanır. Korporativ nömrə şirkət tərəfindən qarşılanır. İş görüşmələri ilə bağlı nəqliyyat xərci şirkət tərəfindən qarşılanır. İş saatı: 09:00–18:00; İş yeri: RST Global Business Center; Birbaşa tabeçilik: İcraçı direktor. Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini “Müraciət et” düyməsində qeyd olunan elektron ünvana göndərə bilərlər. Əlaqə +994 99 888 60 61