Местоположение: Bakı
"FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Baş Ofis üzrə Aparıcı Maliyyə Mütəxəssisi vəzifəsini elan edir. Vəzifə öhdəlikləri: Şirkətin illik büdcələşdirmə prosesində fəal iştirak etmək, büdcə şablonlarının hazırlanmasını və baş ofis funksiyaları və filiallarla koordinasiyasını həyata keçirmək. Struktur bölmələr və filiallardan daxil olan büdcə məlumatlarını konsolidasiya etmək, yoxlamaq və təsdiq edilmiş büdcə ilə uyğunluğunu təmin etmək. Əvvəlki ayın faktiki nəticələri əsasında aylıq rolling forecast hazırlamaq, əsas dəyişiklikləri, riskləri və gözləntiləri təhlil edərək rəhbərliyə məlumat vermək. Bank, struktur bölmələri və filiallar üzrə faktiki nəticələrlə büdcənin müqayisəli (Budget vs Actual) təhlilini hazırlamaq və əsas kənarlaşmaların səbəblərini müəyyən etmək. İdarə Heyəti üçün aylıq plan-fakt (variance analysis) hesabatını əsas səbəblər və təklif olunan tədbirlərlə birlikdə hazırlamaq. Büdcə sahibləri ilə mütəmadi əlaqə saxlamaq, büdcə ilə bağlı sualları cavablandırmaq və xərclərin büdcə daxilində idarə olunmasına (OPEX control) dəstək göstərmək. Aktiv büdcə və forecast fayllarını müəyyən edilmiş müddətlərdə yeniləmək, məlumatların tamlığını və dəqiqliyini təmin etmək. Həftəlik və zərurət olduqda daha qısa müddətli pul vəsaitlərinin hərəkəti proqnozunu (cash-flow forecast) hazırlamaq və potensial likvidlik ehtiyaclarını əvvəlcədən müəyyən etmək. Müvafiq bank hesabları üzrə likvidliyi izləmək və biznes və əməliyyat fəaliyyəti üçün kifayət qədər vəsaitin mövcudluğunu təmin etmək. Aktiv və öhdəliklər üzrə likvidlik boşluqlarının təhlilini (liquidity gap analysis) hazırlamaq və müxtəlif stress ssenariləri altında likvidlik mövqeyini qiymətləndirmək. ALCO (Aktiv-Öhdəlik Komitəsi) paketini hər ay vaxtında hazırlamaq, yeniləmək və nəzərdən keçirilməsi üçün Baş Maliyyə İcraçısına təqdim etmək. Açıq valyuta mövqeyini (OCP) hesablamaq, müəyyən edilmiş limitlər daxilində saxlanılmasını izləmək və limitlər üzrə mümkün kənarlaşmaları vaxtında müəyyən etmək. Valyuta riskinin idarə olunması məqsədilə yeni hedcinq, mövcud hedcinq alətlərinin yenilənməsi və qiymətləndirilməsi ehtiyaclarını müəyyən etmək. Mövcud borclanmalar üzrə məlumatları, ödəniş qrafiklərini, faiz dərəcələrini, müddətləri və digər əsas şərtləri aylıq olaraq yeniləmək və izləmək. Maliyyələşmə ehtiyacları (funding needs) üzrə proqnozların hazırlanmasına və yeni maliyyələşmə ehtiyaclarının vaxtında müəyyən edilməsinə Baş Maliyyə İcraçısına dəstək göstərmək. Tələblər: Maliyyə sektorunda 3-5 il iş təcrübəsi; büdcələşdirmə, maliyyə təhlili, treasury və ya likvidliyin idarə olunması sahəsində təcrübə üstünlükdür. Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil; ACCA/CPA və ya ekvivalent peşəkar kvalifikasiya üstünlükdür. Maliyyə modelləşdirilməsi, büdcələşdirmə və proqnozlaşdırma, likvidliyin idarə olunması və maliyyə təhlili üzrə yaxşı biliklər; MHBS üzrə bilik üstünlükdür. Microsoft Excel proqramı üzrə yüksək səviyyədə bilik, həmçinin MS Word və PowerPoint proqramlarında sərbəst işləmək bacarığı. Azərbaycan dilini səlis bilmək; İngilis dili biliyi üstünlükdür. Vakansiya növü - Tam ştat İmtiyazlar Tibbi Sığorta (işçini əhatə edən) Əlavə məzuniyyət Push30 Həyat Yığım sığortasından istifadə etmək imkanı Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.