Yüklənir...
Местоположение: Bakı
FM1 TOUR MMC komandamıza təcrübəli Tur Meneceri (Outgoing) axtarırıq! (Tur rəhbəri və başqa sahədə satışda olan şəxslər müraciət etməsin) İş şəraiti İş yeri: Bakı İş rejimi: Tam iş günü İş qrafiki: Həftədə 6 gün Əmək haqqı: Təcrübə və bacarıqlara əsasən + satış bonusu Vəzifə öhdəlikləri: Xarici istiqamətlər üzrə fərdi və qrup turlarının hazırlanması və satışı; Aviabilet, otel, transfer, sığorta və digər turizm xidmətlərinin bronlaşdırılması; Müştərilərdən daxil olan sorğuların operativ cavablandırılması; Müştərinin ehtiyacına uyğun tur paketlərinin hazırlanması; Tur operatorları və xarici tərəfdaşlarla yazışmaların aparılması; Rezervasiya prosesinin başlanğıcdan sona qədər idarə olunması; Satış planlarının yerinə yetirilməsi; Müştəri məmnuniyyətinin təmin edilməsi və satış sonrası dəstəyin göstərilməsi. Namizədə tələblər: Turizm sahəsində minimum 2 il iş təcrübəsi; Outgoing turizm üzrə praktiki təcrübə; Tur paketləri və aviabilet satışında bilik; Otel və digər rezervasiya sistemləri ilə işləmə bacarığı; Güclü satış və müştəri ilə ünsiyyət bacarığı; Azərbaycan dilində səlis danışıq və yazı; Rus və ingilis dili biliyi üstünlükdür; MS Office proqramlarında işləmə bacarığı; Məsuliyyətli, operativ və nəticəyönümlü olmaq; Stress altında işləmək və problemləri operativ həll etmək bacarığı. Biz nə təklif edirik: Rəqabətli əmək haqqı; Satışdan bonus sistemi; Peşəkar və dinamik iş mühiti; Karyera və inkişaf imkanı; Stabil iş şəraiti. CV-nizi “Tur Meneceri” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Yalnız tələblərə uyğun və turizm sahəsində real təcrübəsi olan namizədlərin CV-lərinə baxılacaq.