Yüklənir...
Местоположение: Bakı
Nə təklif edirik? Könüllü tibbi siğorta (ailə paketi); “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük; İşçinin inkişafı üçün təlim, tədris proqramları. İşin təsnifatı: Tikinti layihələrinin planlaşdırılması, nəzarəti və icrasına rəhbərlik etmək; Texniki cizgilərin və layihə sənədlərinin yoxlanılması və uyğunluğunun təmin edilməsi; Tikinti sahəsində təhlükəsizlik qaydalarına nəzarət etmək; Podratçılar və digər müvafiq tərəflərlə əməkdaşlıq və əlaqələndirmə; Tikinti materiallarının keyfiyyətinə və işlərin vaxtında tamamlanmasına nəzarət; Layihə büdcəsinin və qrafiklərinin izlənilməsi; Texniki hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması Rəhbərliyin tapşırıq və göstərişlərinin yerinə yetirilməsi, mütəmadi olaraq rəhbərliyə hesabatlar hazırlanıb təqdim edilməsi. Tələblər: Ali təhsil (İnşaat mühəndisliyi); Müvafiq sahə üzrə minimum 10 il iş təcrübəsi (layihələrin idarə olunması təcrübəsi üstünlükdür); Azərbaycan tikinti normativləri və beynəlxalq standartlar barədə bilik; AutoCAD, MS Project və digər müvafiq proqram təminatlarını bilmək; Komandada işləmə və rəhbərlik qabiliyyəti; PMP və ya digər layihə idarəetməsi sertifikatları; İş sahəsində risklərin idarə olunması bilikləri; Danışıq səviyyəsində ingilis dili biliyi (rus dili biliyi üstünlükdür). İş şəraiti: İş rejimi: 5 günlük İş yeri: Bakı şəhər (Ezamiyyətlərə və sahə şəraitində işləməyə hazır olmaq); CV-lərinizi “ Baş inşaat mühəndisi” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.