Yüklənir...
Местоположение: Bakı
Əsas vəzifələr Klubun gündəlik fəaliyyətinin təşkilinə və nəzarətinə dəstək olmaq; Resepsiyon, təmizlik, məşqçi və digər əməkdaşların gündəlik işini koordinasiya etmək; Müştəriləri qarşılamaq və yüksək xidmət səviyyəsini təmin etmək; Müştərilərin müraciət, təklif və şikayətlərini qəbul etmək və operativ şəkildə həll etmək; Yeni üzvlərin qeydiyyatı, abonementlərin aktivləşdirilməsi və yenilənməsinə nəzarət etmək; ERP/CRM sistemində müştəri və üzvlük məlumatlarının düzgün və vaxtında yenilənməsini təmin etmək; Ödəniş və kassa əməliyyatlarına, həmçinin gündəlik hesabatlara nəzarət etmək; Klubda təmizlik, nizam-intizam və ümumi xidmət keyfiyyətinə nəzarət etmək; Avadanlıq və inventarla bağlı problemləri müəyyən etmək və rəhbərliyə məlumat vermək; Növbələrin düzgün təhvil-təslim olunmasını təmin etmək; Gündəlik işlərlə bağlı rəhbərliyin tapşırıqlarını yerinə yetirmək. Namizədə tələblər Administrator, resepsiyon, satış və ya müştəri xidməti sahəsində iş təcrübəsi; Azərbaycan dilində səlis danışıq bacarığı; Rus və/və ya ingilis dili biliyi üstünlükdür; Kompüter və MS Office proqramlarından istifadə bacarığı; ERP/CRM sistemləri ilə işləmə təcrübəsi üstünlükdür; Yaxşı ünsiyyət və müştəri xidməti bacarığı; Məsuliyyətli, diqqətli və operativ olmaq; Komanda ilə işləmək və gündəlik işləri koordinasiya etmək bacarığı; Növbəli iş qrafikində işləməyə hazır olmaq. Biz təklif edirik Stabil və peşəkar iş mühiti; Müasir idman klubunda çalışma imkanı; Peşəkar inkişaf və karyera imkanları; Təcrübə və bacarıqlara uyğun əmək haqqı. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.