Yüklənir...
Местоположение: Bakı
“ Hermes-S” MMC tikinti layihələri üzrə smeta sənədlərinin hazırlanması, tikinti işlərinin dəyərinin hesablanması və layihələrin maliyyə-texniki göstəricilərinin düzgün müəyyən edilməsi məqsədilə Smeta Mühəndisi vəzifəsinə peşəkar və məsuliyyətli namizədləri dəvət edir. Vəzifə haqqında Smeta Mühəndisi tikinti layihələri üzrə smeta sənədlərinin hazırlanmasını, tikinti işlərinin həcmlərinin və dəyərinin hesablanmasını, material, əmək və texnika xərclərinin müəyyən edilməsini, həmçinin smeta hesablamalarının layihə və texniki sənədlərə uyğunluğunun təmin edilməsini həyata keçirəcək. Əsas vəzifə və öhdəliklər Tikinti layihələri üzrə smeta sənədlərini hazırlamaq və hesablamaq; Layihə, işçi çertyojlar, texniki spesifikasiyalar və digər sənədlər əsasında iş həcmlərini müəyyən etmək; Tikinti-quraşdırma işlərinin, materialların, əmək və mexanizm xərclərinin dəyərini hesablamaq; Smeta hesablamalarında istifadə olunan qiymət və normativ göstəriciləri təhlil etmək; Material və avadanlıqlar üzrə qiymət araşdırmaları aparmaq; Təklif olunan material və işlərin layihə tələblərinə uyğunluğunu qiymətləndirmək; Podratçı və subpodratçıların təqdim etdiyi smeta və kommersiya təkliflərini yoxlamaq; Görülmüş işlərin faktiki həcmləri əsasında hesablamalar aparmaq; Görülmüş işlərin aktlarının və digər hesabat sənədlərinin hazırlanmasında iştirak etmək; Layihə üzrə ilkin və yekun smeta hesablamalarını hazırlamaq; Layihədə baş verən dəyişikliklərin smeta dəyərinə təsirini hesablamaq; Əlavə və dəyişdirilmiş işlər üzrə smeta hesablamalarını hazırlamaq; Tikinti layihələrinin büdcə və faktiki xərclərini müqayisə etmək və fərqləri təhlil etmək; Smeta sənədlərində aşkar edilmiş uyğunsuzluqları müəyyən etmək və aradan qaldırılmasını təmin etmək; Layihə, texniki və maliyyə şöbələri ilə koordinasiyalı işləmək; Rəhbərliyə layihələrin smeta dəyəri və xərcləri ilə bağlı hesabat və məlumatlar təqdim etmək; Smeta sənədlərinin düzgün və vaxtında hazırlanmasını təmin etmək; Rəhbərliyin smeta və layihə ilə bağlı verdiyi tapşırıqları vaxtında və keyfiyyətlə icra etmək. Namizədə qarşı tələblər İnşaat mühəndisliyi, iqtisadiyyat və ya müvafiq texniki ixtisas üzrə ali təhsil; Tikinti sahəsində Smeta Mühəndisi kimi 15 ildən artıq iş təcrübəsi; Yaş həddi: 50 yaşadək; Tikinti layihələri üzrə smeta sənədlərinin hazırlanması və hesablanması üzrə geniş praktiki təcrübə; Layihə, işçi çertyojlar, texniki spesifikasiyalar və digər sənədlər əsasında iş həcmlərinin müəyyən edilməsi üzrə bacarıq; Tikinti-quraşdırma işlərinin, materialların, əmək və mexanizm xərclərinin hesablanması üzrə geniş biliklər; Tikinti norma, qayda və smeta normativləri üzrə biliklər; Tikinti materialları, iş növləri və avadanlıqlar üzrə qiymət və dəyər hesablamaları aparmaq bacarığı; Podratçı və subpodratçı təşkilatların təqdim etdiyi smeta, qiymət təklifləri və hesablamaların yoxlanılması üzrə təcrübə; Görülmüş işlərin faktiki həcmləri əsasında hesablamaların aparılması və aktların hazırlanması üzrə biliklər; Əlavə və dəyişdirilmiş işlər üzrə smeta hesablamalarının hazırlanması üzrə təcrübə; Layihələr üzrə ilkin və yekun smeta hesablamalarının hazırlanması bacarığı; Layihə büdcəsi ilə faktiki xərclərin müqayisəli təhlilini aparmaq bacarığı; MS Excel proqramında yüksək səviyyədə işləmək bacarığı; Smeta proqramları ilə işləmək bacarığı; AutoCAD proqramında işləmək bacarığı; Texniki və smeta sənədlərinin hazırlanması, yoxlanılması və təhlili üzrə bacarıq; Analitik düşünmə və rəqəmlərlə dəqiq işləmək qabiliyyəti; Yüksək diqqətlilik, məsuliyyət, intizam və təşkilatçılıq bacarığı; Komandada işləmək və digər şöbələrlə effektiv kommunikasiya qurmaq bacarığı. Portfolio tələbi Vakansiyaya müraciət edən namizədlərdən portfolio təqdim etmələri tələb olunur . Portfolio-da namizədin əvvəlki iş fəaliyyəti dövründə iştirak etdiyi tikinti layihələri, hazırladığı smeta sənədləri, layihələrdəki rolu, məsuliyyət sahələri və həyata keçirdiyi əsas işlər barədə məlumat əks olunmalıdır. Məxfi və kommersiya xarakterli məlumatların təqdim edilməsinə ehtiyac yoxdur. Portfolio PDF formatında və ya digər elektron formada təqdim edilə bilər. Qeyd: Portfolio təqdim etməyən namizədlərin müraciətləri nəzərdən keçirilməyə bilər. İş şəraiti İş günləri: Həftənin 6 günü; İş saatları: 09:00–18:00; Əmək haqqı: Namizədin peşəkar təcrübəsi, ixtisası, bilik və bacarıqları nəzərə alınmaqla müsahibə əsasında müəyyən ediləcək ; Rəsmi əmək müqaviləsi; Peşəkar və işgüzar əmək mühiti; Uzunmüddətli əməkdaşlıq imkanları. Vakansiyaya müraciət etmək istəyən namizədlər CV və portfolio larını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanı vasitəsilə təqdim edə bilərlər. CV-də namizədin təhsil məlumatları, əvvəlki iş təcrübəsi, iştirak etdiyi tikinti layihələri, hazırladığı smeta işləri və peşəkar bacarıqları ətraflı şəkildə qeyd edilməlidir. “Hermes-S” MMC tikinti sahəsində smeta hesablamaları üzrə peşəkar bilik və praktiki təcrübəyə malik Smeta Mühəndisini öz komandasına dəvət edir.