Местоположение: Bakı
BOKT “INTERNATIONAL” ASC yeni açılacaq Bakı filialları üzrə Filial müdiri vəzifəsinə işçi qəbulu elan edir Vəzifə öhdəlikləri: Filialın gündəlik fəaliyyətinin səmərəli təşkil edilməsi və idarə olunması; Satış planlarının hazırlanması, icrası və nəticələrin təhlil edilməsi; Kredit müraciətlərinin qiymətləndirilməsi və kredit portfelinin keyfiyyətinə nəzarət; Problemli kreditlərin idarə olunması və gecikmələrin minimuma endirilməsi; Yeni müştərilərin cəlb edilməsi və mövcud müştəri münasibətlərinin inkişaf etdirilməsi; Filial əməkdaşlarının işinin koordinasiyası, motivasiyası və peşəkar inkişafının təmin edilməsi; Daxili qaydalara, prosedurlara və qanunvericiliyin tələblərinə riayət olunmasına nəzarət; Filialın maliyyə və əməliyyat göstəriciləri üzrə müntəzəm hesabatların hazırlanaraq rəhbərliyə təqdim edilməsi. Namizədə tələblər: Maliyyə, iqtisadiyyat, idarəetmə və ya əlaqəli sahə üzrə ali təhsil; Bank və ya bank olmayan kredit təşkilatında minimum 3 il , rəhbər vəzifədə isə ən azı 1 il iş təcrübəsi; Kredit məhsulları, kredit riskləri və satış prosesləri üzrə biliklər; Komandanı idarəetmə və liderlik bacarıqları; Analitik düşünmə, məsuliyyətlilik və qərarvermə qabiliyyəti; Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı MS Office proqramlarında sərbəst işləmək bacarığı. Şirkət təklif edir: Rəqabətqabiliyyətli əmək haqqı; Bonus və motivasiya sistemi; Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə; Peşəkar inkişaf və karyera yüksəlişi imkanları; İş qrafiki: Bazar ertəsi – Cümə: 09:00 – 18:00 Maraqlanan namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına Subject/Mövzu hissəsində "Filial müdiri" qeyd etməklə göndərmələri xahiş olunur.