Yüklənir...
Местоположение: Bakı
Təsvir Mövcud mağaza formatlarının müştəri ehtiyacları, davranışları və kommersiya məqsədləri nəzərə alınmaqla təkmilləşdirilməsi və inkişaf etdirilməsi; Mağaza interyerinin, sərgiləmə zonalarının və stend dizaynlarının müştəriyönümlü yanaşma əsasında formalaşdırılması, brend standartlarına uyğunluğunun və vizual cəlbediciliyinin təmin edilməsi; Müştəri hərəkət trayektoriyası, məhsulla təmas nöqtələri, görünürlük və alış qərarına təsir edən amillər əsasında mağazadaxili sərgiləmə və kommunikasiya həllərinin hazırlanması; Mağaza daxilində yeni reklam və kommunikasiya modellərinin potensial yerlərinin müəyyənləşdirilməsi, konseptinin hazırlanması və tətbiqinin idarə edilməsi; İnteryer dizayn və merçendayzinq komandaları ilə koordinasiyalı şəkildə mağazaların reformatı, interyer konsepsiyasının inkişafı və məhsulların kateqoriya, görünürlük prinsiplərinə uyğun yerləşdirilməsinin təmin edilməsi; Yeni açılan mağazalar üçün interyer, stend dizaynı, məhsul sərgilənməsi, müştəri axını və kommunikasiya zonaları üzrə konseptual həllərin hazırlanması və tətbiqinin koordinasiyası; Yeni konsepsiya və innovativ həllərin araşdırılması, pilot layihələrin həyata keçirilməsi, nəticələrin qiymətləndirilməsi və effektiv həllərin digər mağazalarda tətbiqi; Mağaza mühitinin müştəri təcrübəsinə və satış effektivliyinə təsirinin təhlili, nəticələr əsasında optimizasiya tədbirlərinin görülməsi. Tələblər Ali təhsil (Dizayn, Memarlıq, Marketinq, Biznesin idarə edilməsi və ya əlaqəli sahələr üzrə); Retail/FMCG sektorunda minimum 3 il iş təcrübəsi; Səlis Azərbaycan dili biliyi, rus və ingilis dili bilikləri üstünlükdür; Merçendayzinq, mağaza formatlarının inkişafı, retail dizayn və ya vizual sərgiləmə sahəsində təcrübə; İnteryer dizaynı, mağaza planlaması və müştəri təcrübəsinin formalaşdırılması üzrə biliklər; Müştəri davranışları və alış qərarlarına təsir edən amillər barədə anlayış; Analitik düşüncə, güclü araşdırma və problem həll etmə bacarığı; Kreativ, yenilikçi və nəticəyönümlü yanaşma; Layihələrin koordinasiyası və müxtəlif komandalarla effektiv əməkdaşlıq bacarığı. Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.