Yüklənir...
Местоположение: Bakı
Vəzifə öhdəlikləri: Mexaniki, elektrik və santexnika (MEP) sistemlərinin layihələndirilməsi və icrasına nəzarət etmək; HVAC, havalandırma, kondisioner, su təchizatı, kanalizasiya və yanğınsöndürmə sistemləri üzrə işləri koordinasiya etmək; Layihə və işçi çertyojlarını yoxlamaq, zəruri hallarda Shop Drawing və As-Built sənədlərini hazırlamaq; Tikinti sahəsində MEP işlərinin layihə və texniki standartlara uyğun icrasına nəzarət etmək; Podratçı və subpodratçıların işlərini koordinasiya etmək; Material və avadanlıqların texniki tələblərə uyğunluğunu yoxlamaq; Layihə üzrə material həcmlərinin (MTO/BOQ) hazırlanmasında iştirak etmək; Sahədə yaranan texniki problemləri müəyyən etmək və həllində iştirak etmək; Görülən işlərlə bağlı gündəlik və həftəlik hesabatlar hazırlamaq. Namizədə tələblər: Mexanika, Elektrik, İnşaat mühəndisliyi və ya əlaqəli ixtisas üzrə ali təhsil; MEP sahəsində minimum 3 il iş təcrübəsi; AutoCAD proqramını yaxşı səviyyədə bilmək; Revit MEP biliyi üstünlükdür; Texniki çertyojları oxuma və təhlil etmə bacarığı; Tikinti norma və standartları barədə bilik; MS Office proqramlarında işləmə bacarığı; Analitik düşünmə və problem həll etmə qabiliyyəti; Komandada işləmək və effektiv koordinasiya bacarığı; Azərbaycan dilində sərbəst danışıq və yazı qabiliyyəti; İngilis və/və ya rus dili biliyi üstünlükdür. Əlavə məlumat Əməkhaqqı: namizədin bilik və bacarıqlarına görə müəyyən edilir. İş rejimi: 6 günlük iş qrafiki ilə təyin olunur. İş yeri: Zığ qəsəbəsi. CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına " Mep Mühəndisi " başlığı ilə göndərə bilərsiniz.