Местоположение: Bakı
Struktur bölmə: Satış departamenti – Strateji satış şöbəsi Vəzifə öhdəlikləri: Cəmiyyət üçün strateji əhəmiyyət daşıyan iri holdinqlər, transmilli şirkətlər və dövlət əhəmiyyətli qurumlar üzrə satış imkanlarını müəyyən etmək və inkişaf etdirmək; Yüksək büdcəli, yüksək sığorta tutumlu, kompleks və xüsusi risklər üzrə sığorta həllərinin hazırlanması və satış prosesinin aparıcı koordinasiyasını həyata keçirmək; Strateji müştərilərin biznes və risk ehtiyaclarını dərindən təhlil etmək, fərdi sığorta proqramları və uzunmüddətli əməkdaşlıq təklifləri hazırlamaq; Müştərilərlə danışıqlar aparmaq, kommersiya şərtlərinin razılaşdırılması və müqavilələrin bağlanması prosesində iştirak etmək; Özünün cəlb etdiyi və/və ya məsuliyyətinə təhkim edilmiş müştərilərlə davamlı əlaqələrin saxlanılması, həmin müştərilərlə bağlanmış sığorta müqavilələrinin vaxtında yenilənməsi, müştəri ehtiyaclarının müəyyən edilməsi və əlavə satış imkanlarının inkişaf etdirilməsi; Debitor borcların minimuma endirilməsi və ödənişlərin müqavilə şərtlərinə əsasən ödənilməsinin təmin olunması; Strateji satış nəticələrini və portfel göstəricilərini təhlil etmək, rəhbərliyə əsaslandırılmış təklif və hesabatlar təqdim etmək. Namizədə olan tələblər: Ali təhsil; İş təcrübəsi: sığorta, satış və ya biznesin inkişafı üzrə minimum 3 il iş təcrübəsi; Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı; rus və/və ya ingilis dili biliyi arzuolunandır; MS Office proqramlarında, xüsusilə Excel və Word-də işləmək bacarığı; Yüksək kommunikasiya, Təqdimatemə, danışıqlar aparmaq və müştəriyönümlü xidmət bacarıqları; Komanda ilə işləmək, məsuliyyətlilik, təşəbbüskarlıq və nəticəyönümlülük; Mürəkkəb müştəri portfeli və satış proseslərinin müstəqil idarə edilməsi, danışıqların aparılması və nəticələrin təhlili üzrə təcrübə. İş şərtləri: Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən sənədləşmə; İş vaxtı: 5 günlük iş həftəsi, saat 09:00-dan 17:45-dək (cümə günü 17:00-dək); İş yeri: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 19A ; Əmək haqqı: namizədin peşəkar səriştə, bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən edilir. İmtiyazlar: Karyera və peşəkar inkişaf üçün imkanlar; Peşəkar komandada işləmək imkanı; Tibbi sığorta təminatı; Push30.az xidməti vasitəsilə fitnes mərkəzlərinə üzvlük. Zəhmət olmasa, mövzu bölməsində “Strateji satış üzrə baş mütəxəssis” qeyd etməklə CV-nizi Müraciət et düyməsində qeyd olunan e-mail ünvanına göndərin. Vakansiya tələblərinə uyğun gələn namizədlər müsahibəyə dəvət ediləcək.