Quyuların Əsaslı Təmiri üzrə Layihə Mühəndisi (Workover Project Engineer) - Modern Engineering Bureau of Azerbaijan

Местоположение: Bakı

Vəzifə öhdəlikləri: Quyuların əsaslı təmiri və quyuya müdaxilə layihələrinin mühəndislik və əməliyyat baxımından planlaşdırılmasını həyata keçirmək;  Quyunun tarixçəsi, quyu sxemi, təzyiq məlumatları və digər texniki məlumatları təhlil etmək;  Quyu əsaslı təmir proqramlarının, əməliyyat ardıcıllıqlarının və texniki prosedurların hazırlanmasında iştirak etmək;  Zəruri mühəndislik və hidravlik hesablamaları aparmaq;  Fishing, Milling, Washover, quyu lüləsinin təmizlənməsi,  quyu təzyiqinin idarə edilməsi və quyuya nəzarət (well killing) əməliyyatları, NKB əməliyyatları və digər quyu müdaxiləsi işlərinə mühəndislik dəstəyi göstərmək;  BHA, müdaxilə alətləri, avadanlıq və materialların texniki uyğunluğunu və hazırlıq vəziyyətini yoxlamaq;  Əməliyyatlar üçün tələb olunan avadanlıq, material və xidmətlərin müəyyən edilməsində, satınalma və logistika proseslərinin texniki koordinasiyasında iştirak etmək;  Təchizatçıların texniki təkliflərinin qiymətləndirilməsində iştirak etmək;  Quyu əsaslı təmir əməliyyatları üzrə risklərin qiymətləndirilməsi, JSA/JHA və SIMOPS sənədlərinin hazırlanmasına dəstək göstərmək;  Təzyiq sınaqları və quyu bütövlüyü ilə bağlı fəaliyyətlərdə iştirak etmək;  Əməliyyatların şirkət prosedurlarına, Sifarişçinin tələblərinə, SƏTƏM qaydalarına və tətbiq olunan sənaye standartlarına uyğun həyata keçirilməsinə dəstək göstərmək;  Əməliyyat zamanı yaranan texniki problemlərin və avadanlıq nasazlıqlarının araşdırılmasında iştirak etmək.  Namizədə tələblər: Neft mühəndisliyi, Qazma mühəndisliyi, Mexanika mühəndisliyi və ya müvafiq ixtisas üzrə ali təhsil;  Neft-qaz sənayesində minimum 5 il iş təcrübəsi ;  Quyu əsaslı təmir, tamamlama, quyuya müdaxilə, qazma və ya əlaqəli sahələrdə minimum 3 il iş təcrübəsi ;  Fishing, Milling, Washover, quyunun öldürülməsi və təzyiqə nəzarət əməliyyatları üzrə təcrübə arzuolunandır;  Dənizdə quyu əsaslı təmir və quyuya müdaxilə əməliyyatları üzrə təcrübəyə üstünlük verilir;  Texniki sənədlərlə işləmək və mühəndislik hesablamaları aparmaq bacarığı;  SƏTƏMM tələbləri və quyu bütövlüyü prinsipləri üzrə bilik;  Komandada işləmək və effektiv kommunikasiya bacarığı. Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini  M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .