Местоположение: Bakı
Newcond şirkəti satış komandamıza qoşulmaq üçün məsuliyyətli, ünsiyyətcil və işində dəqiq olan Satış üzrə operator axtarır. İş öhdəlikləri Daxil olan telefon zənglərini cavablandırmaq və müştərilərə operativ dəstək göstərmək; Kondisioner sistemlərində istifadə olunan avadanlıq və materiallar, eləcə də satış qiymətləri barədə müştəriləri məlumatlandırmaq; Zərurət yarandıqda satış prosesini həyata keçirmək; Müştərilərin sifarişlərini və müraciətlərini qəbul etmək və qeydiyyatını aparmaq; Müvafiq sənədləri hazırlamaq və rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında yerinə yetirmək. Namizədə tələblər Müvafiq sahədə minimum 1 il iş təcrübəsi; Kondisioner sistemlərində istifadə olunan avadanlıq və materiallar haqqında ümumi biliklər; Microsoft Excel, Word və 1C proqramlarında sərbəst işləmək bacarığı; Sənədləşmə işlərini aparmaq və texniki məlumatlarla işləmək bacarığı; Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyəti; Məsuliyyətlilik, dəqiqlik, punktuallıq və nizam-intizam qaydalarına riayət etmək; Komandada işləmək və müştərilərlə düzgün ünsiyyət qurmaq bacarığı. Rus və ingilis dillərini bilən namizədlərə üstünlük verilir. İş şəraiti Əmək haqqı: 500 AZN Əlavə qazanc: Satış nəticələrinə əsasən bonus; İş qrafiki: Həftənin 5 günü, saat 10:00-dan 19:00-dək; İstirahət günləri: Şənbə, bazar və bayram günləri; İş yeri: Ofis şəraiti. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.