Yüklənir...
Местоположение: Bakı
“PAŞA Technology” Məhdud Məsuliyyətli Cəmiyyət (“PAŞA Technology” və ya “PAŞA Technology” MMC) İT xidmətlər provayderi olaraq 2018-ci ildə yaradılıb. "PAŞA Technology"-nin məqsədi "PAŞA Holding” MMC-nin törəmə şirkətləri üçün və Azərbaycan bazarında İT xidmətləri, "Cloud Computing", kiber təhlükəsizlik əməliyyatları və məlumatların emalı mərkəzinin idarə edilməsi xidmətlərini təmin etməkdir. Hal-hazırda “PAŞA Technology” MMC “ İnfrastruktur Əməliyyatları Departamentinin rəhbəri” vəzifəsi üzrə vakansiya elan edir. Əsas öhdəliklər: Texnologiyalar Blokunun strateji prioritetlərini və müştərilərin mövcud və gələcək tələbatlarını nəzərə alaraq, data mərkəzləri infrastrukturunun inkişaf strategiyasının və uzunmüddətli fəaliyyət planının hazırlanması, habelə onların icrasının təmin edilməsi. Data Mərkəzləri üzrə əməliyyatlar şöbəsinin rəhbəri vasitəsilə departamentin fəaliyyətinin idarə edilməsi, strateji və əməliyyat məqsədlərinin, əsas fəaliyyət göstəricilərinin (KPI), eləcə də səlahiyyət və məsuliyyət bölgüsünün dəqiq müəyyənləşdirilməsi. Departamentin təşkilati strukturunun formalaşdırılması, fasiləsiz (24/7) iş rejiminə uyğun növbə sisteminin təşkili və kritik vəzifələr üzrə varislik planının hazırlanması. İxtisaslı texniki mütəxəssislərin cəlb edilməsi, peşəkar inkişafının və şirkətdə saxlanılmasının dəstəklənməsi. Data mərkəzləri infrastrukturu ilə bağlı məsələlər üzrə şirkətin rəhbərliyi, Baş Texnologiya Direktoru (CTO), müştərilər, auditorlar və tənzimləyici qurumlar qarşısında hesabatlılığın və müvafiq məsuliyyətin təmin edilməsi. Data mərkəzlərinin fasiləsiz fəaliyyətinin, dayanıqlılığının və təhlükəsiz istismarının təmin edilməsi. Gündəlik istismar, texniki xidmət və dəyişiklik işləri zamanı sistemlərin fəaliyyətini dayandırmadan texniki xidmət göstərilməsi imkanının (concurrent maintainability) qorunması. Data Mərkəzlərinin fasiləsiz fəaliyyətini təmin edən əsas mühəndis-texniki sistemlərin — orta və aşağı gərginlikli elektrik paylayıcı şəbəkələrinin (MV/LV), transformatorların, generatorların və yanacaq təminatının, UPS sistemlərinin, İT avadanlıqlarının elektrik təchizatının, soyutma sistemlərinin (chiller, CRAH/CRAC, nasoslar, ventilyasiya), yanğının aşkarlanması və söndürülməsi sistemlərinin, BMS/EPMS/DCIM platformalarının və fiziki mühafizə sistemlərinin istismarının idarə edilməsi. İstismar üzrə prosedur və təlimatların (SOP, MOP, EOP və həyəcan siqnallarına reaksiya qaydaları) hazırlanması və aktuallığının qorunması, profilaktik, proqnozlaşdırıcı və bərpaedici texniki xidmət işlərinin istehsalçı (OEM) tələblərinə və sahə təcrübəsinə uyğun həyata keçirilməsinə nəzarət edilməsi. Data Mərkəzlərinin texniki infrastrukturu üzrə insidentlərin, problemlərin və dəyişikliklərin idarə edilməsi proseslərinə nəzarət edilməsi, o cümlədən iş vaxtından kənar baş verən ciddi insidentlər zamanı ən yüksək eskalasiya səviyyəsində qərarların qəbul edilməsi. İnsidentlərin əsas səbəblərinin təhlilinin (RCA) aparılması, aşkar edilmiş problemlərin aradan qaldırılması üzrə tədbirlərin vaxtında həyata keçirilməsi və təhlil nəticəsində əldə olunan təcrübənin iş proseslərində tətbiqinin təmin edilməsi. Data mərkəzlərinin Uptime Institute Tier III sertifikatının qüvvədə saxlanılması, istismar, texniki xidmət və dəyişikliklərin sertifikatlaşdırılmış layihəyə uyğunluğuna nəzarət edilməsi, təkrar sertifikatlaşdırma və genişləndirmə layihələrinin sertifikatlaşdırılması proseslərinə rəhbərlik edilməsi. Generatorların yük altında sınağı, xarici elektrik təchizatının kəsilməsi ssenarilərinin yoxlanılması və əsas dəyişikliklərdən sonra inteqrasiya olunmuş sistem sınaqları vasitəsilə obyekt səviyyəsində fəaliyyətin davamlılığının müntəzəm yoxlanılmasının təmin edilməsi. Yüksək sıxlıqlı və GPU əsaslı İT yükləri də daxil olmaqla, hər iki data mərkəzində sahə, elektrik enerjisi və soyutma imkanları üzrə infrastruktur tutumunun planlaşdırılması. Data Mərkəzlərinin mövcud resurslarının çatışmazlığının qarşısını almaq məqsədilə infrastrukturun genişləndirilməsi ilə bağlı qərarların vaxtında qəbul edilməsinin təmin edilməsi. Enerji səmərəliliyinin artırılması və dayanıqlı fəaliyyətin təmin edilməsi, enerji istifadəsinin effektivliyi üzrə (PUE) hədəf göstəricilərinin müəyyənləşdirilməsi və onlara nail olunması, soyutma və elektrik təchizatı sistemlərinin işinin optimallaşdırılması, həmçinin iqtisadi səmərəliliyi əsaslandırılmış hallarda sərbəst soyutma (Free Cooling), maye əsaslı soyutma (Liquid Cooling) və hava axınlarının ayrılması (Containment) texnologiyalarının tətbiq edilməsi. Departamentin kapital (CAPEX) və əməliyyat (OPEX) xərcləri üzrə büdcələrinin hazırlanması, əsaslandırılması və icrasına nəzarət edilməsi, daxili xərclərin bölüşdürülməsi və xidmət tariflərinin müəyyənləşdirilməsi üçün müvafiq xərc məlumatlarının təqdim edilməsi. Texniki xidmət podratçılarının, avadanlıq istehsalçılarının (OEM) və subpodratçıların fəaliyyətinin idarə edilməsi, xidmət səviyyəsi razılaşmaları (SLA) və KPI-ların müəyyənləşdirilməsi və icrasına nəzarət edilməsi, satınalma siyasətinə uyğun tenderlərin və texniki qiymətləndirmələrin təşkili. Yeni Data Mərkəzlərinin yaradılması üzrə texniki-iqtisadi əsaslandırmanın və texniki tələblərin hazırlanması, ərazi seçiminin və kompleks qiymətləndirmənin (elektrik təchizatı, rabitə imkanları, təbii və texnogen risklər) aparılması, hədəf Tier səviyyəsinin, avadanlıq sıxlığının və mərhələli genişləndirmə yanaşmasının müəyyənləşdirilməsi. Layihələndirmə mərhələsində sifarişçi tərəfin maraqlarının təmsil edilməsi, layihələndirmənin əsas prinsiplərinin (Basis of Design) müəyyənləşdirilməsi, məsləhətçi təşkilatlar tərəfindən hazırlanmış layihələrin istismar rahatlığı, texniki xidmət imkanları və Tier tələblərinə uyğunluq baxımından qiymətləndirilməsi, o cümlədən layihə sənədlərinin Uptime Institute tərəfindən sertifikatlaşdırılması prosesinin əlaqələndirilməsi. İstismara hazırlıq və işəsalma sınaqlarının (1–5-ci səviyyələr), o cümlədən inteqrasiya olunmuş sistem sınaqlarının təşkilinə və obyektlərin istismar heyətinə təhvil verilməsinə rəhbərlik edilməs. İstismar heyətinin layihələndirmə mərhələsindən prosesə cəlb edilməsi, fəaliyyətə başlamazdan əvvəl icra sənədlərinin (as-built), istismar və texniki xidmət təlimatlarının (O&M), ehtiyat hissələrinin və texniki xidmət müqavilələrinin hazır olmasının təmin edilməs. Mövcud data mərkəzlərində müştərilərə göstərilən xidmətlərə təsir etmədən modernləşdirmə, yenidən təchizetmə və istismar müddəti başa çatan avadanlıqların əvəzlənməsi işlərinin planlaşdırılması və həyata keçirilməsi. Fəaliyyətin Uptime Institute, TIA-942, EN 50600, ASHRAE və NFPA standartlarına, ISO idarəetmə sistemlərinin tələblərinə (ISO/IEC 27001, ISO 22301, ISO 50001, ISO 9001), Azərbaycan Respublikasının qanunvericiliyinə və maliyyə institutları üçün tətbiq olunan tənzimləyici tələblərə uyğunluğunun təmin edilməsi. Daxili və xarici auditlərin keçirilməsi üçün zəruri hazırlıq tədbirlərinin görülməsi, tələb olunan sənədlərin və məlumatların təqdim edilməsinin, eləcə də audit zamanı aidiyyəti tərəflərlə əməkdaşlığın təmin edilməsi. Obyektlər üzrə risk reyestrinin aparılması, vahid nasazlıq nöqtələrinin, köhnəlmiş aktivlərin və xarici risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və azaldılması üzrə tədbirlərin həyata keçirilməsi. Əməyin mühafizəsi və təhlükəsizlik (HSE) sahəsində müvafiq qaydalara riayət olunmasının təmin edilməsi, təhlükəli işlərin icrası üçün icazələrin verilməsi, avadanlıqlara texniki xidmət zamanı enerji mənbələrinin təhlükəsiz şəkildə təcrid edilməsi və işarələnməsi (Lockout/Tagout), eləcə də podratçı təşkilatlar tərəfindən təhlükəsizlik tələblərinə əməl olunmasına nəzarət edilməsi. Server şkaflarının (rack) yerləşdirilməsi, İT avadanlıqlarının elektrik və soyutma tələbləri və strukturlaşdırılmış kabel sistemləri üzrə Bulud Platforması, bulud əməliyyatları, şəbəkə və İT komandaları ilə işin əlaqələndirilməsi/ Kolokasiya (colocation) müştərilərinə xidmətlərin göstərilməsinin və SLA göstəriciləri üzrə hesabatlılığın təmin edilməs. Data mərkəzlərinin əlçatanlığı, insidentlər, infrastruktur tutumu, enerji sərfiyyatı, büdcə və layihələrin icra vəziyyəti barədə Baş Texnologiya Direktoruna (CTO) müntəzəm hesabatların təqdim edilməsi. Tələb olunan bilik və bacarıqlar: Təhsil: Elektrik, mexanika və ya sənaye mühəndisliyi, yaxud əlaqəli ixtisas üzrə bakalavr dərəcəsi. Mühəndislik üzrə magistr dərəcəsinə və ya MBA kvalifikasiyasına üstünlük verilir. Tələb olunan bilik , bacarıqlar və təcrübə: Data mərkəzlərinin və ya fasiləsiz fəaliyyəti kritik əhəmiyyət daşıyan digər obyektlərin istismarı sahəsində ən azı 10 il, o cümlədən rəhbərlərə və bir neçə komandaya rəhbərlik üzrə ən azı 5 il iş təcrübəsi. Tier III və ya daha yüksək səviyyəli data mərkəzlərinin yüksək əlçatanlıqla istismarına dair təsdiqlənmiş təcrübə. Ən azı bir data mərkəzinin tam həyat dövründə — planlaşdırma, layihələndirmə, tikinti, istismara hazırlıq sınaqları və təhvilvermə — iştirak təcrübəsi; sifarişçi nümayəndəsi və ya layihə rəhbəri qismində təcrübəyə üstünlük verilir. MV/LV elektrik təchizatı, generatorlar, UPS, soyutma (soyudulmuş su, birbaşa genişlənmə — DX, sərbəst soyutma; maye ilə soyutma üzrə bilik üstünlükdür), yanğınsöndürmə və BMS/EPMS sistemləri üzrə dərin texniki biliklər. İnfrastruktur tutumunun planlaşdırılması və enerji səmərəliliyinin idarə edilməsi üzrə təcrübə. CAPEX/OPEX büdcələrinin, iri təchizatçı və podratçı müqavilələrinin, tenderlərin idarə edilməsi təcrübəsi. ISO 27001, 22301 və ya 50001 auditlərində iştirak təcrübəsi; tənzimlənən maliyyə sektorunda təcrübəyə üstünlük verilir. Uptime Institute Tier standartları; sertifikatlaşdırma prosesində praktiki təcrübə ciddi üstünlükdür. TIA-942, EN 50600, ASHRAE TC 9.9, NFPA 75/76. Azərbaycan və İngilis dillərində sərbəst ünsiyyət qurmaq bacarığı, Rus dili - yaxşı. Müraciət etmək istəyən namizədlər vakansiyanın adını “mövzu” bölməsində qeyd etməklə CV-ni Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. İşə qəbul prosesinin növbəti mərhələsi üçün vakansiyanın tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanacaq.