Yüklənir...
Местоположение: Bakı
Əsas vəzifə və öhdəlikləri: Debitor və kreditor borclarının mühasibat uçotunun düzgün və vaxtında aparılmasını təmin etmək; Müştərilər və təchizatçılar üzrə hesablaşmaları 1C proqramında düzgün əks etdirmək və mütəmadi nəzarətdə saxlamaq; Debitor və kreditor borcları üzrə qalıqları mütəmadi təhlil etmək, yaranmış fərq və uyğunsuzluqları araşdırmaq; Debitor və kreditorlar üzrə üzləşmə aktlarını tərtib etmək, qarşı tərəflərlə üzləşmələri həyata keçirmək, uçot məlumatlarının uyğunluğunu yoxlamaq və aşkar edilmiş fərqlərin səbəblərini araşdıraraq aradan qaldırılmasını təmin etmək; Alış və satış əməliyyatları üzrə müqavilə, hesab-faktura, elektron qaimə-faktura, təhvil-təslim aktı və digər ilkin mühasibat sənədlərinin düzgünlüyünü yoxlamaq; Elektron qaimə-fakturaların uçot məlumatları ilə uyğunluğunu yoxlamaq və müəyyən edilmiş fərqlərin aradan qaldırılmasını təmin etmək; Təchizatçılara və digər kreditorlara ödənilməli məbləğləri müqavilə, sifariş, hesab-faktura və digər təsdiqedici sənədlər əsasında yoxlamaq; Müştərilərdən daxil olan ödənişlərin müvafiq hesablaşmalar və sənədlər üzrə düzgün bağlanmasını təmin etmək; Avans ödənişlərinin, əvvəlcədən alınmış və verilmiş vəsaitlərin uçotunu aparmaq və onların vaxtında bağlanmasına nəzarət etmək; Bank əməliyyatlarını debitor və kreditor hesablaşmaları ilə üzləşdirmək, ödənişlərin düzgün təyinat üzrə bağlanmasına nəzarət etmək; Vaxtı keçmiş debitor və kreditor borclarını müəyyən etmək, səbəblərini araşdırmaq və bu barədə rəhbərliyə məlumat təqdim etmək; Debitor və kreditor borclarının yaşlandırılması (Aging) üzrə hesabatları hazırlamaq və təhlil etmək; Aylıq və illik bağlanış zamanı debitor-kreditor hesabları üzrə qalıqların düzgünlüyünü yoxlamaq və üzləşdirmək; Debitor-kreditor hesablaşmaları üzrə tələb olunan hesabat və analitik məlumatları hazırlamaq; Mühasibat sənədlərinin düzgün tərtib edilməsini, sistemləşdirilməsini və uçotda vaxtında əks etdirilməsini təmin etmək; Rəhbərlik və Baş mühasib tərəfindən verilən aidiyyəti tapşırıqları vaxtında və düzgün yerinə yetirmək. Əsas tələblər: Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya müvafiq sahə üzrə ali təhsil; Mühasibat uçotu, xüsusilə debitor-kreditor hesablaşmaları üzrə müvafiq iş təcrübəsi; Debitor və kreditor borclarının uçotu və qarşılıqlı hesablaşmalar üzrə yüksək səviyyədə bilik; Mühasibat hesabları və müxabirləşmələri üzrə yaxşı bilik; İlkin mühasibat sənədləri, elektron qaimə-fakturalar, hesab-fakturalar və üzləşmə aktları ilə işləmək bacarığı; Üzləşmə aktlarının müstəqil hazırlanması, yoxlanılması və qarşı tərəflərlə razılaşdırılması üzrə praktiki təcrübə; Vergi və mühasibat uçotu ilə bağlı qanunvericilik üzrə biliklər; 1C 8.3 proqramında yüksək səviyyədə işləmək bacarığı; MS Excel proqramında sərbəst işləmək bacarığı; Böyük həcmdə debitor və kreditor məlumatlarının təhlili və üzləşdirilməsi bacarığı; Müqavilə şərtlərini, ödəniş müddətlərini və hesablaşma mexanizmlərini anlamaq bacarığı; Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı, rus və ingilis dili bilikləri arzuolunandır; Analitik düşüncə, rəqəmlərlə işləmək və uyğunsuzluqları operativ müəyyən etmək bacarığı; Məsuliyyətli, dəqiq, diqqətli, operativ və komanda ilə işləmək bacarığı. Əlavə məlumat Təcrübə və ixtisaslara əsaslanan rəqabətli maaş. Karyera inkişafı və peşəkar inkişaf üçün imkanlar. Dəstəkləyici və təhlükəsizliyə yönəlmiş iş mühiti. Şirkət tərəfindən təmin olunan nəqliyyat və mobil telefon nömrəsi. İş saatları: Bazar ertəsindən cümə gününə qədər, 09:00–18:00. Bəzən əlavə iş saatlarına görə kompensasiya. Tələblərə cavab verən namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Debitor və Kreditor üzrə mühasib” mövzu başlığı ilə göndərə bilərlər.