Kredit risklərinin idarə edilməsi şöbəsində Aparıcı/Baş mütəxəssis - Premium Bank

Местоположение: Bakı

“Premium Bank” ASC-nin Risklərin idarə edilməsi departamentinin Kredit risklərinin idarə edilməsi şöbəsində Aparıcı/Baş mütəxəssis vakansiyası elan edilir. İşin təsviri: Bankın risk strategiyası, risk siyasətininin hazırlanmasında iştirak edir; Yeni kredit mәhsulları vә biznes proseslәrin tәşkilinә risk rәyini verir;  Kredit risklәrinin ölçülmәsi ilә bağlı metod vә modellәrin tәkmillәşdirilmәsi vә hesabatlılığı tәmin edir; Kredit risk limitlәrinin müəyyənləşdirilməsində iştirak edir, risk limitlәrinә riayәt olunmasına nәzarәt edir;  Ssenariləri təhlil edir, Stress-test modellərini hazırlayır, tətbiq edir və nəticələrini analiz edir;  Risk İştahası Bəyannaməsinin hazırlanmasında iştirak edir, göstəricilərin hədəf səviyyəsində qalmasına nəzarət edir;  Kredit risklәrinin idarә edilmәsi üzrә hesabatlılıq sistemini qurur, tәhlil edir vә onların tәkmillәşdirilmәsini təmin edir; Kredit riskləri üzrə müvafiq hesabatları hazırlayır;  Kredit risklərinin idarə edilməsini həyata keçirir. Namizədə dair tələblər: Maliyyə, iqtisad sahəsində ali təhsil;  Bank sektorunda risk sahəsində azı 3 illik iş təcrübəsi; Əla səviyyədə MS Excel biliyi; Əla səviyyədə Azərbaycan, yaxşı səviyyədə ingilis dili biliyi; Mərkəzi Bankın normativ xarakterli sənədlərinin tələblərini əla səviyyədə bilmək; Detallara qarşı diqqətlilik, operativlik, analitik düşünmə bacarığı. Ekonometrika, statistik analitika haqqında biliklərə sahib olması arzuolunandır; Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini email-in mövzu hissəsində “Kredit risklərinin idarə edilməsi üzrə Aparıcı/Baş mütəxəssis” qeyd etməklə  Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.