Lizinq üzrə mütəxəssis - Prior Leasing

Местоположение: Bakı

Namizədə tələblər İqtisadiyyat, maliyyə, bank işi və ya müvafiq sahə üzrə ali təhsil Müvafiq sahədə  2 il iş təcrübəsi Microsoft Office proqramlarında işləmək bacarığı Güclü ünsiyyət və müştərilərlə işləmək bacarığı Operativlik, məsuliyyətlilik və komandada işləmək bacarığı Şəffaflıq və  məxfilik qaydalarına riayət etmək. Əsas vəzifə öhdəlikləri Şirkətin lizinq məhsul və xidmətlərinin müştərilərə təqdim edilməsi, satış prosesinin təşkili və satış hədəflərinin yerinə yetirilməsi Müştəri ehtiyaclarının müəyyənləşdirilməsi, müraciət və şikayətlərin operativ cavablandırılması, satış sonrası dəstəyin göstərilməsi Mövcud və potensial müştərilərlə əlaqələrin qurulması, təkrar satış imkanlarının araşdırılması və CRM sistemində müvafiq qeydlərin aparılması Lizinq müqavilələrinin hazırlanması və rəsmiləşdirilməsi, müştəri sənədlərinin daxili prosedurlara uyğun tərtib və göndərilməsinin təmin edilməsi Təhkim olunmuş lizinq portfelinin monitorinqi, gecikmələrin izlənilməsi və riskli halların rəhbərliyə bildirilməsi Satış nəticələri, müştəri portfeli və monitorinq üzrə hesabatların hazırlanması və vaxtında təqdim edilməsi Bazar araşdırmalarının aparılması, yeni satış imkanlarının müəyyən edilməsi və marketinq tədbirlərində iştirak Texnikaların təhvil-təslim və buraxılış proseslərinin təşkili, Müştəri sənədləri hazırlanması və sənədlərin sistemə yüklənməsi Daxili prosedurlara riayət edilməsi, filialın gündəlik əməliyyatları üzrə tapşırıqların icrası və zərurət olduqda yeni əməkdaşlara dəstək göstərilməsi. İş şərtləri: İş qrafiki: Həftədə 5 iş günü. İş yeri: Çinar Park Biznes Mərkəzi. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsində Lizinq mütəxəssisi qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri və y a https://careers.ram.az/?vacancy=2640&source=UC_HBS8ZI linki vasitəsilə müraciət etmələri xahiş olunur.