Yüklənir...
Местоположение: Bakı
Əsas vəzifə öhdəlikləri: Standartlara uyğun mağaza yerlərinin aşkarlanması (yetərli yaşayış, insan hərəkətliyi və mövcud marketimizdən fərqli yer olması); Rəqib fəaliyyətin araşdırılması (marketin sahəsi və cəbhəsi, kreditə işləməsi); Mağaza yerinin rəhbərliyə təqdim edilməsi; Sahibkarla görüşüb təklif verilməsi; Sahibkara ilkin müqavilə şərtlərimizin izah olunması və sənədlərinə baxılması (3 faz və vergi kodu). Tələb olunan bilik və bacarıqlar: Analitik düşünmə və bazar araşdırması aparmaq bacarığı; Danışıqlar aparma və effektiv ünsiyyət bacarığı; MS Office proqramlarında işləmə bacarığı; Operativ qərarvermə, məsuliyyətlilik və nəticəyönümlülük; Bənzər sahələrdə minimum 1 il iş təcrübəsi; Ezamiyyətlərə açıq olmaq; Avtomobilin olması mütləqdir. İş şərtlərimiz: İş qrafiki: Tam iş günü (5 gün); İş saatları: 09:00-18:00; İş yeri: Ərazi. Biz nə təklif edirik: Əmək bazarında rəqabətli əməkhaqqı; Peşəkar komanda mühiti; Şirkət hesabına korporativ nömrə. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Əmlak məsələləri üzrə mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.