UX/UI Designer - TuranBank ASC

Местоположение: Bakı

Vəzifə haqqında Rəqəmsal məhsulların, mobil tətbiqlərin və veb platformaların istifadəçi təcrübəsinin və vizual interfeysinin hazırlanması və təkmilləşdirilməsi prosesində iştirak edəcək UX/UI Designer axtarılır. Namizəd istifadəçi ehtiyaclarını, biznes tələblərini və müasir UX/UI prinsiplərini nəzərə alaraq intuitiv, funksional və istifadəsi rahat interfeyslərin hazırlanmasında iştirak edəcək. Əsas vəzifə öhdəlikləri Mobil tətbiq və veb platformalar üçün UX/UI dizaynlarının hazırlanmasında iştirak etmək; Biznes tələblərini və istifadəçi ehtiyaclarını analiz edərək uyğun UX həllərinin hazırlanmasında iştirak etmək; Wireframe, User Flow, Information Architecture və Interactive Prototype-ların hazırlanması; Mobil və veb interfeyslərin müxtəlif ekran ölçülərinə və platformalara uyğunlaşdırılmasını təmin etmək; Mövcud məhsullarda UX problemlərini müəyyənləşdirmək və onların təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq; Yeni məhsul və funksionallıqlar üzrə UX/UI araşdırmaları, istifadəçi ssenariləri və benchmark analizləri aparmaq; Rəqib məhsulların və bazar həllərinin araşdırılmasında iştirak etmək; İstifadəçi yönümlü və intuitiv interfeyslərin hazırlanmasına dəstək olmaq; Design System və komponent kitabxanasının hazırlanması və inkişafında iştirak etmək; Mövcud məhsullarda UI consistency və vahid dizayn standartlarını qorumaq; Figma-da Components, Variants, Auto Layout və digər dizayn imkanlarından effektiv istifadə etmək; Hazırlanmış dizaynların developer komandaya və biznes analitiklərə düzgün şəkildə təhvil verilməsini təmin etmək; Developer-lərlə əməkdaşlıq edərək dizaynların texniki reallaşdırılmasını dəstəkləmək; Dizayn həllərinin usability və user-centered design prinsiplərinə uyğunluğunu təmin etmək; Hazırlanmış dizaynların istifadəçi və biznes tələblərinə uyğunluğunu qiymətləndirmək və zəruri təkmilləşdirmələri həyata keçirmək. Namizədə tələblər UX/UI Design sahəsində minimum 1 il iş təcrübəsi və portfolio; Figma ilə işləmək üzrə yaxşı praktiki bacarıqlar; Auto Layout, Components, Variants və Design System haqqında biliklər; Mobil tətbiq və veb interfeys dizaynı üzrə əsas biliklər; UX prinsipləri, usability, accessibility və User-Centered Design haqqında anlayış; User Flow, Wireframe və Prototype hazırlamaq bacarığı; • Komponent əsaslı dizayn və Design System ilə işləmək haqqında anlayış; Responsive Design prinsipləri haqqında əsas biliklər; UX/UI araşdırması və benchmark aparmaq bacarığı; Analitik düşüncə və problemlərin həlli bacarığı; Detallara diqqətli və yaradıcı yanaşma; Komanda ilə işləmək və developer/BA komandaları ilə effektiv kommunikasiya bacarığı; Azərbaycan dilində yaxşı yazılı və şifahi ünsiyyət bacarığı; İngilis və ya rus dili biliyi üstünlükdür. ​​​​​​​​​​​​​​ Şəxsi keyfiyyətlər İstifadəçi ehtiyaclarını anlama və empati qurmaq bacarığı; Analitik və sistemli düşüncə; Öyrənməyə və yeni alətləri mənimsəməyə açıqlıq; Məsuliyyətlilik və nəticəyönümlülük; Detallara diqqət; Komanda daxilində effektiv əməkdaşlıq; Dizayn həllərini təkmilləşdirmək bacarığı. ​​​​​​​ Üstünlük veriləcək Bankçılıq, FinTech və ya digər rəqəmsal məhsullar üzrə təcrübə; Mobil bankçılıq və internet bankçılıq məhsulları haqqında anlayış; Design System-in hazırlanması və inkişafı üzrə təcrübə; UX Research və usability testing haqqında praktiki bilik; Jira, Confluence və ya analoji məhsul idarəetmə alətləri ilə işləmə təcrübəsi; Real layihələr üzrə UX/UI portfolio-nun olması. Portfolio Namizədin portfolio təqdim etməsi arzuolunandır. Portfolio-da ən azı 3-4 layihə üzrə dizayn prosesinin — problemin müəyyənləşdirilməsi, User Flow/Wireframe, UI dizayn, Prototype və yekun həllin — nümayiş etdirilməsi üstünlük hesab olunur. Vakansiyaya Müraciət et düyməsində qeyd olunan linkə daxil olub TuranBank ASC-nin “İşə Qəbul Portalı”nda qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.