Sahə rəisi - Veysəloğlu Şirkətlər Qrupu

Местоположение: Bakı

Əsas Vəzifə öhdəlikləri: Tikinti sahəsində işlərin layihə və texniki tələblərə uyğun icrasına nəzarət etmək; İşçi heyətinin və subpodratçıların fəaliyyətini koordinasiya etmək; Gündəlik iş planlarını hazırlamaq və icrasını izləmək; Tikinti işlərinin keyfiyyətinə, təhlükəsizlik qaydalarına və əmək mühafizəsi tələblərinə riayət olunmasını təmin etmək; Material, texnika və işçi qüvvəsinin səmərəli istifadəsini təşkil etmək; Görülən işlər üzrə hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək; Layihə qrafikinə uyğun olaraq işlərin vaxtında tamamlanmasını təmin etmək. Əsas Tələblər: İnşaat mühəndisliyi və ya əlaqəli sahə üzrə ali təhsil; Sahə rəisi vəzifəsində minimum 3 il iş təcrübəsi; Tikinti norma və qaydaları, layihə sənədləri ilə işləmə bacarığı; AutoCAD və Microsoft Office proqramlarında işləmək bacarığı; Tikinti proseslərinin planlaşdırılması və idarə edilməsi üzrə biliklər; Məsuliyyətli, operativ və nəticəyönümlü olmaq. İş şərtləri: İş məkanı: Azure Biznes Mərkəzi Əmək haqqı: Namizədin təcrübəsinə əsasən razılaşma yolu ilə İş rejimi: 5 gün (həftəiçi) Nahar: Təmin edilir Servis Xidməti Mövcuddur Karyerasını bizimlə davam etmək istəyən namizədlər mövzu hissəsində “Sahə rəisi” yazmaqla, öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.