Korporativ satış üzrə mütəxəssis - Xalq Sığorta

Местоположение: Bakı

Namizədə dair gözləntilər və xüsusi tələblər: Ali təhsil ( Biznesin idarə olunması, iqtisadiyyat, maliyyə və ya əlaqəli sahələr üzrə); Dil bilikləri- Azərbaycan dili səlis, rus və ingilis dili arzu olunandır; Minimum 1-2 il iş təcrübəsi (Sığorta və ya Bank sahəsində ); Kompüter bilikləri: MS Office proqram bilikləri; Satış üzrə təlimlərdə və seminarlarda iştirak üstünlükdür; Satış texnikaları, analitik düşüncə və hesabatlılıq bacarığı. İş haqqında məlumat: Potensial korporativ müştəriləri müəyyən etmək və onlarla ilk ünsiyyəti qurmaq; Şirkətin sığorta məhsullarının təqdimatını keçirmək və satış prosesini icra etmək; Mövcud korporativ müştərilərlə əlaqələri saxlamaq və onların ehtiyaclarına uyğun yeni həllər təklif etmək; Müştəri ehtiyaclarına uyğun kommersiya təkliflərinin və müqavilələrin hazırlanması; Satış fəaliyyəti və bazar araşdırmaları barədə rəhbərliyə mütəmadi hesabat vermək. İş şərtləri:  İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);  İş yeri: Bakı şəhəri, Akademik Həsən Əliyev küç 24  Əmək haqqı: Namizədin bilik və bacarıqlarından asılı olaraq razılaşdırılacaqdır  İmtiyazlar: Könüllü tibbi sığorta; Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Korporativ satış üzrə mütəxəssis) qeyd edərək, Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərilməsi xahiş olunur.       Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.