Местоположение: Bakı
İşin Təsviri və Öhdəliklər: Quyudibi ESP sistemlərinin yerüstü və quyudibi elektrik avadanlıqlarının montajı, sazlanması, diaqnostikası və cari təmirini həyata keçirmək; VFD (Tezlik Çevirici) idarəetmə şkaflarının, daxili elektrik sxemlərinin, Giriş (Input) və Çıxış (Output) reaktorlarının texniki baxımını təmin etmək; Quyudibi sualtı elektrik mühərriklərinin (12-30 kW və yuxarı) elektrik sarğılarının və yüksək gərginlikli (3 KV / 5 KV) güc kabellərinin izolyasiya müqavimətini (Megger testi) yoxlamaq, kabel muftalarının (splice) qurulmasında iştirak etmək; Quyudibi telemetriya sensorlarının (TMS) rabitə xətlərini və yerüstü GSM-modem monitorinq sistemlərini sazlamaq, göstəriciləri izləmək; Nasosun işçi xarakteristikası əyrilərini (Pump Performance Curve) analiz edərək elektrik yüklənmələrini idarə etmək və mühərrikin həddindən artıq qızması (overload) və ya sıxışması (lock) hallarında nasazlıqları aradan qaldırmaq; Ağır quyu şəraitində (qum, yüksək su və bakterial mühit) elektrik avadanlıqlarının fasiləsiz işini təmin etmək; Elektrik təhlükəsizliyi (HSE/SƏTƏM) qaydalarına və sənaye standartlarına ciddi şəkildə riayət etmək. Namizədə dair Tələblər: Təhsil: Elektroenergetika mühəndisliyi, Avtomatika üzrə Ali təhsili; Təcrübə: Neft-qaz hasilatı sahəsində, xüsusilə ESP sistemlərinin, VFD kabinetlərinin və kabellərin təmiri/montajı sahəsində minimum 3 il rəsmi iş təcrübəsi; Sertifikat: 1000V-dan yuxarı gərginlikli qurğularda işləmək üçün IV və ya V rəsmi Elektrik Təhlükəsizliyi Qrupu sertifikatı / vəsiqəsi (Mütləqdir); Texniki Biliklər: Elektrik sxemlərini (Schematic Diagrams) və avadanlıq pasportlarını sərbəst oxumaq bacarığı; Dil Bilikləri: Azərbaycan dili (əla), Rus(əla), İngilis dili bilikləri (orta/texniki səviyyədə) arzuolunandır; Komandada işləmək bacarığı, məsuliyyətlilik və texniki problemləri operativ həll etmə qabiliyyəti. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər. Qeyd: CV göndərərkən mütləq şəkildə maaş gözlənitnizi yazın.