Yüklənir...
Местоположение: Bakı
Təsvir Məhsulun ixracı üçün zəruri olan sənədlər paketini hazırlamaq, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən və Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) müvafiq sertifikatları (mənşə, fitosanitar və s.) və icazələri əldə etmək; Beynəlxalq yük daşımaları üçün CMR (beynəlxalq qaimə) sənədini tərtib etmək və yük maşınlarının hərəkət qrafikinə nəzarət etmək; Yüklənmiş və gömrük rəsmiləşməsi tamamlanmış yük maşınlarının plomblanmasını həyata keçirmək, plombların bütövlüyünü yoxlamaq və nəqliyyat vasitələrinin vaxtında keçid məntəqələrinə yola salınmasını təmin etmək; Müvafiq dövlət qurumları ilə rəsmi yazışmaları aparmaq, icazələrin alınması üçün görüşlər təşkil etmək və müəssisəni inzibati məsələlər üzrə təmsil etmək; Müəssisəyə və ya layihə sahələrinə gələn rəsmi qonaqların, nümayəndə heyətlərinin qarşılanmasını, yerləşdirilməsini və onların səfər proqramına uyğun inzibati dəstəyi (nəqliyyat, iaşə və s.) təşkil etmək; Mərkəzi ofisin inzibati ehtiyaclarını müəyyən etmək və ümumi inzibati işlərin (təchizat, rabitə və s.) operativ idarə olunmasına dəstək göstərmək; Filialın gündəlik inzibati və təsərrüfat işlərinin təşkilinə və icrasına nəzarət etmək; Yeməkxananın fəaliyyətinə, sanitariya və gigiyena qaydalarına riayət olunmasına nəzarət etmək; Ərzaq məhsullarının qəbulu, düzgün saxlanılması, yararlılıq müddəti və sərfiyyatına nəzarət etmək; Soyuducu və dondurucularda məhsulların saxlanma şəraitini və temperatur rejimini izləmək; FIFO/FEFO prinsiplərinə uyğun ərzaq dövriyyəsini təmin etmək; Yeməkxananın mətbəx, yemək zalı, anbar və digər sahələrinin təmiz saxlanılmasına nəzarət etmək; Filialda təmizlik işlərinin gündəlik qrafik üzrə həyata keçirilməsini təşkil və nəzarət etmək; Təmizlik və dezinfeksiya vasitələrinin mövcudluğuna və düzgün saxlanılmasına nəzarət etmək; İnzibati bina, sanitar qovşaqlar, məişət və ümumi istifadə sahələrinin vəziyyətini izləmək; Dəftərxana, təsərrüfat malları, təmizlik vasitələri və digər inzibati materialların ehtiyatına nəzarət etmək; Aşkar edilmiş nasazlıq və çatışmazlıqların aradan qaldırılması üçün aidiyyəti şəxslərlə koordinasiya aparmaq; İnzibati malların və ərzaqların inventarizasiyasında iştirak etmək; İnzibati xərclərin və material sərfiyyatının səmərəli idarə olunmasına nəzarət etmək; Yeməkxana və təmizlik işçilərinin fəaliyyətinə funksional nəzarət etmək; Görülən işlər və aşkar edilmiş problemlərlə bağlı rəhbərliyə mütəmadi hesabat təqdim etmək. Tələblər İnzibati-təsərrüfat, iaşə, anbar, xidmət və ya oxşar sahədə iş təcrübəsi arzuolunandır; Sanitariya, gigiyena və ərzaqların saxlanması qaydaları haqqında baza bilikləri; Təşkilatçılıq və nəzarət bacarığı; Məsuliyyətli, tələbkar və diqqətli olmaq; İşlərin prioritetləşdirilməsi və operativ problem həll etmə bacarığı; Komanda ilə işləmək və müxtəlif struktur bölmələrlə koordinasiya qurmaq bacarığı; MS Office proqramlarında işləmək bacarığı; Qusar rayonunda işləmək imkanı. Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.