Yüklənir...
Местоположение: Bakı
Vəzifə təlimatı Layihənin icra planını və əsas iş qrafiklərini hazırlamaq Tikinti işlərinin ardıcıllığını və müddətlərini müəyyən edir. Layihənin əsas mərhələləri üzrə vaxt qrafiklərini tərtib edir və yeniləyir. İşlərin faktiki icrasını planla müqayisə edərək gecikmələri müəyyən edir. Gecikmələrin səbəblərini təhlil edir və düzəldici tədbirlər üzrə təkliflər verir. Həftəlik, aylıq və ümumi layihə irəliləyiş hesabatlarını hazırlayır. Layihənin kritik yolunu (Critical Path) müəyyən edir və izləyir. Resursların (işçi qüvvəsi, texnika, materiallar) planlaşdırılmasında iştirak edir. Tikinti, satınalma, layihələndirmə və digər şöbələrlə koordinasiyanı təmin edir Podratçı və subpodratçıların təqdim etdiyi iş proqramlarını təhlil edir Layihənin icra göstəricilərini (KPI) izləyir və rəhbərliyə təqdim edir. Layihə üzrə riskləri müəyyən edir və vaxt qrafikinə təsirini qiymətləndirir Müqavilə müddətlərinin və layihə öhdəliklərinin yerinə yetirilməsinə nəzarət edir Layihənin "baseline" və yenilənmiş qrafiklərini hazırlayır və saxlayır Tikinti sahəsindən daxil olan məlumatlar əsasında qrafikləri mütəmadi yeniləyir Tələblər Ali təhsil (İnşaat mühəndisliyi,Maliyyə, İqtisadiyyat); Bu sahədə azı 5 il iş təcürbəsi; Məlumat analizi və hesabatlılıq ERP və idarəetmə sistemləri bilikləri Layihə və vaxtın idarə edilməsi Proqnozlaşdırma Stokların idarə edilməsi Kritik yol metodu Azərbaycan dili, ingilis və rus dilləri arzuolunandır; Yüksək diqqətlilik, detallara önəm vermə Proqram bilikləri (Primavera P6, MS Project,MS Office, AutoCAD) Layihə İdarəetmə sertifikatları, PMO,PMP,PMİ İş şəraiti İş qrafiki 5 günlük 09:00-18:00 İş yeri C.Məmmədquluzadə 83 Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.