Tender və sənədləşmə üzrə kiçik mütəxəssis - AT - Geotech MMC

Местоположение: Bakı

AT-Geotech şirkətlər qrupuna daxil olan müəssisələrdən birində Tender və sənədləşmə üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan olunur. Əsas vəzifə öhdəlikləri: Tender və satınalma sənədlərinin nəzərdən keçirilməsi və tələb olunan sənədlərin siyahısının hazırlanması; Tenderlər üzrə tələb olunan hüquqi, maliyyə və texniki sənədlərin toplanması və sistemləşdirilməsi;  Tender sənədlərinin müəyyən edilmiş forma və tələblərə uyğun hazırlanmasına dəstək göstərilməsi;  CV, arayış, forma, məktub və digər tender sənədlərinin hazırlanması;  Tenderlərlə bağlı daxil olan sorğuların, məktubların və digər yazışmaların izlənilməsi; Müvafiq dövlət qurumları, banklar, tərəfdaşlar və digər təşkilatlardan tələb olunan sənədlərin əldə edilməsinin koordinasiyası; Namizədə dair tələblər: Ali təhsil; Müvafiq sahədə minimum 1 il iş təcrübəsi; MS Office proqramlarında işləmə bacarığı; Məsuliyyətli, dəqiq və operativ iş yanaşması. Əmək şəraiti: İş yeri: Xırdalan şəhəri İş qrafiki: 5 günlük, 09:00–18:00 Əməkhaqqı: 600-800 AZN Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində vakansiya adını qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.