Yüklənir...
Местоположение: Bakı
“Azera Holdinq”in tərkibində fəaliyyət göstərən “Binə Agro” QSC Mühasib-Xəzinədar vəzifəsinə vakansiya elan edir. Əsas vəzifələr: Pul vəsaitlərinin və qiymətli kağızların qorunub saxlanılmasını təmin edən qaydalara riayət etməklə onların qəbulu, hesabı, verilməsi və mühafizəsi üzrə əməliyyatları yerinə yetirmək; Mədaxil-məxaric sənədləri əsasında kassa kitabının aparılması, pulun və qiymətli kağızların faktiki məbləğini kitabdakı qalıqla yoxlayıb, iş günü sonunda kassa hesabatını tərtib etmək; Xəzinə əməliyyatlarını yerinə yetirmək; Kassa sənədlərini yoxlamaq; Kassa və bank əməliyyatlarının 1C mühasibatlıq proqramında qeydiyyatını təmin etmək; Mühasibatlıq hesabatlarında əməliyyatların düzgün müxabirləşməsini təmin etmək; Mühasibatlıq proqramında pul vəsaitlərinin düzgün xərc maddələri üzrə bölüşdürülməsi və hesabların düzgün aparılmasını təmin etmək; Statistik hesabatların verilməsini təmin etmək; Şöbə Rəhbəri tərəfindən cari əməliyyatları yerinə yetirmək və məlumat vermək. Tələblər: Ali təhsil; Əlavə təlim/sertifikasiyanın olması üstünlükdür; Müvafiq sahədə 2 ildən artıq iş təcrübəsi ; Rus dili biliyinin olması arzuolunandır; 1C və MS Office proqramlarında işləmək mütləqdir; Məsuliyyətli və çevik olmaq; Komanda ilə işləmək bacarığı; Stressə davamlı olmaq; Bəy namizəd; Avtomobilinin olması üstünlükdür. Biz təklif edirik Əmək müqaviləsinin müddəti: 1 il ; İş yeri: Bakı şəhəri, Binə qəsəbəsi, Südçülük sovxozu ; Əmək haqqı: 1200 AZN-dən ; Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .