Местоположение: Bakı
"Azerbaijan Automobiles" şirkətinə “ Marketinq və kommunikasiya üzrə mütəxəssis” tələb olunur : Əsas vəzifə öhdəlikləri Brendlər üzrə marketinq kampaniyalarının planlaşdırılması və icrasında iştirak etmək. Gündəlik marketinq tapşırıqlarını koordinasiya etmək, işlərin vaxtında və keyfiyyətlə tamamlanmasını izləmək. Sosial media üçün kontent ideyaları, trendə və brendə uyğun mövzular, qısa video ssenariləri və mətnlər hazırlamaq. Foto və video çəkilişlərinin təşkilinə dəstək vermək: avtomobilin və məkanın hazırlığı, çəkiliş planı, iştirakçıların koordinasiyası. Ehtiyac olduqda telefonla operativ story, backstage və sadə qısa videolar çəkmək, ilkin montaj etmək. Dizayner və videoqraf üçün aydın briflər hazırlamaq, materialların hazırlanmasını və düzəlişlərini izləmək. Şourum tədbirləri, təqdimatlar, test-drive və digər marketinq aktivliklərinin təşkilində iştirak etmək. İnfluenserlər, tərəfdaşlar və təchizatçılarla gündəlik koordinasiyanı aparmaq. Rəqiblərin kampaniyalarını və sosial media fəaliyyətini izləyərək yeni ideya və təkliflər vermək. Görülən işlər və kampaniya nəticələri üzrə qısa hesabatlar hazırlamaq. İş qrafiki: Həftə içi 6 gün İş ünvanı: Bakı şəh, Babək prospekti. Namizədə tələblər Ali təhsil (aidiyyatı ixtisas üzrə) Marketinq, kommunikasiya və ya əlaqəli sahədə minimum 1 il praktiki təcrübə. Azərbaycan dilində düzgün və səlis yazı bacarığı; ingilis dili biliyi üstünlükdür. Instagram və TikTok formatları, Reels və sosial media trendləri barədə anlayış. Süni intellekt alətləri ilə baza səviyyəsində işləmək bacarığı. MS office biliyi, Qrafik dizayner sahəsi üzrə müvafiq proqram bilikləri və peşəkar istifadə və ofis avandalıqarından sərbəst şəkildə istifadə bacarığı Eyni vaxtda bir neçə işi planlaşdırmaq, prioritetləşdirmək və son tarixlərə riayət etmək. Güclü ünsiyyət, təşkilatçılıq və komanda ilə işləmək bacarığı. Avtomobil sahəsinə maraq; bu sektorda təcrübə üstünlükdür. İşdə dəqiq, məsuliyyətli və dürüst olmalıdır. Seçim zamanı xüsusi diqqət ediləcək məqamlar Təşəbbüskarlıq: Tapşırıq gözləmədən ideyalar irəli sürməsi, problemlərə həll yolları təklif etməsi və proaktiv yanaşma nümayiş etdirməsi. Aktiv iştirak: Şourumda, çəkiliş proseslərində və tədbirlərdə fəal iştirak etməyə hazır olması. Məsuliyyət və nəticəyönümlülük: Tapşırığı qəbul etdikdən sonra icra prosesini izləməsi, qarşılaşdığı maneələr barədə vaxtında məlumat verməsi və işi nəticəyədək çatdırması. Vizual baxış və praktiki bacarıqlar: Kontentə estetik və yaradıcı yanaşması, vizual detalları düzgün dəyərləndirməsi və praktik çəkiliş bacarıqlarına malik olması. Maraqlanan şəxslərdən CV formalarını mövzu yerində " Marketinq və kommunikasiya üzrə mütəxəssis " qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur. Diqqət: Yalnız qeyd olunmuş şərtlərə cavab verən namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılacaq.