Yüklənir...
Местоположение: Bakı
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa can atan, ən əsası isə “Boa Agency” komandasının bir üzvü olmaq istəyən namizədlər müraciət edə bilərlər. Vəzifə öhdəlikləri: AKB müraciəti üzrə müştərilərin qəbulu; AKB ərizələrinin imzalanması və proses haqqında borcalanlara real və zəng üzərindən məlumat verilməsi; Həftə ərzində daxil olan AKB ərizələr toplusunun portala yüklənməsi; Yüklənmələrin uğurla başa çatması və prosesin icrasına 12 iş günü müddətində nəzarət; Digər filialdan gələn ərizələrin mail üzərindən qəbulu və eyni qaydada portala yüklənməsi və prosesin icrasına nəzarət; İşin icraatının aparılması ilə bağlı zəng və məktubların cavablandırılması; Məhkəməyə MKR-lə bağlı olunmuş şikayət məktublarının cavablandırılması və hüquqi yolla əsaslandırılması; Şikayətçi borcalanların şikayəti əsaslıdırsa icra olunmuş MKR məlumatlarının yenidən düzəliş edilərək vəya ümumən MKR-dən silinməsinin təşkili; Daxil olan problemli zənglərin cavablandırılması; Kollektorların təqdim etdiyi AKB ilə bağlı müştərilərin işlərinin araşdırılması; Onlayn bank sistemi ilə işləmək; Məlumatların 1C proqramına daxil edilməsi və işlənməsi; Daxil edilmiş məlumatların düzgünlüyünün yoxlanılması; Bank əməliyyatları və müvafiq sənədlərlə işləmək; Yekun icra haqqında məlumatın müştərilərə və rəhbərliyə təqdim olunması; Vakant vəzifə üzrə tələblər: Ali təhsil (Maliyyə, mühasibatlıq, iqtisadiyyat və s. digər əlaqəli ixtisaslar) Müvafiq vəzifə üzrə 1 ilədək iş təcrübəsi; 1C proqramında işləmə bacarığı; Office proqramlarında işləmək bacarığı; Azərbaycan dilində səlist danışıq qabiliyyəti, rus və ingilis dili arzuolunandır. Ünsiyyət və komanda ilə işləmək bacarıqları; Müştərilərlə davranış etikası; Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq. İş şəraiti: İş qrafiki: həftə içi 5 gün, 09:00 - 18:00 (Bazar ertəsi - Cümə); Şənbə və bazar istirahət; Nahar fasiləsi: 13:00 – 14:00. Sizə nə təklif edirik? Azərbaycan Respublikası ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə; Rahat ofis və əlverişli iş mühitində çalışma imkanı; Rəsmi dövlət bayramları və xüsusi günlərdə istirahət; Karyera və inkişaf perspektivləri; Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı. Maraqlanan şəxslər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində mütləq vəzifənin adı yazılmalıdır. Ünvan: Bakı, Nəsimi rayonu, 4 mkr., Mir Cəlal küç.36 D; (012) 310 39 21