Avtomobil polirovka ustası - BYD Motors Baku MMC

Местоположение: Bakı

İş sahəsi: Avtomobil servis xidməti Vəzifə öhdəlikləri: Avtomobillərin kuzov və boya örtüyünün peşəkar polirovkasının həyata keçirilməsi; Səthi cızıqların, oksidləşmənin, matlaşmanın və digər boya qüsurlarının aradan qaldırılması; Müxtəlif polirovka pastaları, materialları və avadanlıqları ilə işləmək; Kuzov səthinin vəziyyətinin qiymətləndirilməsi və uyğun polirovka üsulunun seçilməsi; Polirovka prosesindən əvvəl və sonra avtomobilin səthinin düzgün hazırlanması; Avtomobilin digər hissələrinin qorunmasının təmin edilməsi; Görülən işlərin yüksək keyfiyyət standartlarına uyğun həyata keçirilməsi. Namizədə tələblər: Avtomobil polirovkası sahəsində minimum 3 il rəsmi iş təcrübəsi; Peşəkar polirovka avadanlıqlarından istifadə bacarığı; Müxtəlif boya və lak örtükləri ilə işləmə təcrübəsi; Müxtəlif növ polirovka pastaları və materialları barədə bilik; Kuzov səthindəki qüsurları düzgün qiymətləndirmək bacarığı; Detallara yüksək diqqət; Səliqəli və keyfiyyətli işləmək; Məsuliyyətli və intizamlı olmaq. İş şəraiti İş yeri: “BYD Motors Baku” MMC (Badamdar qəsəbəsi) İş rejimi: 6 günlük iş qrafiki İstirahət günü: Bazar günü Əmək haqqı: Müsahibənin nəticəsinə əsasən müəyyən ediləcəkdir. Uyğun namizədlər CV-lərini e-mailin mövzu hissəsində “Avtomobil polirovka ustası” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər. CV formasında müraciət etməyən namizədlərlə əlaqə saxlanılmayacaqdır. Yalnız CV-si uyğun hesab edilən namizədlər müsahibəyə dəvət ediləcəkdir.