Hüquqşünas - Company

Местоположение: Bakı

Tikinti şirkətimizin hüquqi fəaliyyətini təmin edəcək, rəhbərliyə hüquqi dəstək göstərəcək və şirkətin hüquqi risklərinin effektiv idarə olunmasını həyata keçirəcək Hüquqşünas axtarırıq. Əmək funksiyaları: Tikinti, podrat, subpodrat, layihələndirmə, təchizat və xidmət müqavilələrinin hazırlanması, hüquqi ekspertizası və razılaşdırılması; Tikinti layihələri üzrə müqavilə və digər sənədlərin hüquqi baxımdan təhlil edilməsi; Müqavilələr üzrə hüquqi risklərin müəyyən edilməsi və risklərin minimuma endirilməsi üzrə təkliflərin hazırlanması; Şirkətin dövlət qurumları, podratçılar, subpodratçılar və digər tərəfdaşlarla hüquqi münasibətlərinin müşayiət edilməsi; İddia ərizələri, hüquqi rəylər, rəsmi məktublar və digər hüquqi sənədlərin hazırlanması; Məhkəmə və digər hüquqi proseslərdə şirkətin maraqlarının təmsil olunması; Şirkətin gündəlik fəaliyyətindən irəli gələn hüquqi məsələlər üzrə rəhbərliyə hüquqi dəstəyin göstərilməsi; Tikinti və daşınmaz əmlak sahəsində qanunvericilik dəyişikliklərinin izlənilməsi və onların şirkətin fəaliyyətinə təsirinin qiymətləndirilməsi; Şirkətin nizamnaməsi, əmrləri, qərarları, daxili qaydaları, siyasətləri və digər təşkilati-sərəncamverici sənədlərinin hazırlanması və hüquqi ekspertizasının həyata keçirilməsi; Şirkətin struktur bölmələri tərəfindən hazırlanmış sənədlərin qanunvericiliyə uyğunluğunun yoxlanılması və hüquqi rəylərin təqdim edilməsi; Şirkətin hüquqi şəxslər, tərəfdaşlar və digər kontragentlərlə hüquqi münasibətlərinin rəsmiləşdirilməsinin təmin edilməsi; Hüquqi sənədlərin hazırlanması, sistemləşdirilməsi və hüquqi sənəd dövriyyəsinin təşkilinə dəstək göstərilməsi; Şirkətin fəaliyyət istiqamətləri üzrə hüquqi məsələlərə dair yazılı və şifahi hüquqi rəylərin hazırlanması; Şirkətin fəaliyyətinə təsir edən qanunvericilik və normativ hüquqi aktların mütəmadi izlənilməsi və rəhbərliyə müvafiq tövsiyələrin verilməsi; Rəhbərlik tərəfindən verilən digər hüquqi tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi. Vəzifənin tutulması şərtləri: Ali hüquqi təhsil; Tikinti şirkətində və ya tikinti layihələri üzrə hüquqşünas kimi iş təcrübəsi mütləqdir; Podrat və subpodrat müqavilələrinin hazırlanması və hüquqi ekspertizası üzrə praktiki təcrübə; Azərbaycan Respublikasının mülki, mülki prosessual, inzibati, əmək qanunvericiliyi, Şəhərsalma və Tikinti Məcəlləsi və digər müvafiq qanunvericilik aktları üzrə bilik; MS Office proqramlarından sərbəst istifadə etmək bacarığı; Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı; Rus və ingilis dillərini bilmək üstünlükdür; Analitik düşüncə, hüquqi sənədlərlə işləmək və danışıqlar aparmaq bacarığı; Müstəqil işləmək, hüquqi riskləri düzgün qiymətləndirmək və operativ qərar qəbul etmək bacarığı. İş barədə məlumat: İş yeri: Bakı şəhəri İş qrafiki: 5 günlük iş həftəsi, 09:00–18:00 Maraqlanan namizədlər öz CV-lərini  Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.