Yüklənir...
Местоположение: Bakı
İş Yeri: Lənkəran İşin təsviri: "EduVia Ailə Rifahı və Uşaq İnkişafı Tədqiqatı" layihəsi çərçivəsində sahədə (Lənkəranda) valideynlər və uşaqlarla (7–14 yaş) birbaşa görüşərək rəqəmsal platformalar vasitəsilə sorğuların keçirilməsi və məlumatların toplanması. Əsas öhdəliklər: Müəyyən olunmuş icmalarda hədəf ailələri ziyarət etmək; Planşet və ya mobil cihazlar vasitəsilə sorğu formalarını tətbiq etmək və datanı rəqəmsal sistemə daxil etmək; Sorğu gedişatında akademik etika, məxfilik və könüllü iştirak prinsiplərinə tam riayət etmək; Görülən işlərin sayı barədə layihə koordinatoruna gündəlik hesabat vermək. Namizədə dair tələblər: Sosiologiya, psixologiya, sosial iş, pedaqogika və ya əlaqəli sahələrdə ali təhsil (tələbələr və yeni məzunlar müraciət edə bilər); İnsanlarla, xüsusilə valideyn və uşaqlarla pozitiv ünsiyyət qurmaq bacarığı; Azərbaycan dilində səlis danışıq qabiliyyəti; Xüsusi texniki tələb (Üstünlükdür): Qualtrics proqram təminatı ilə işləmək bacarığı və planşet üzərindən koqnitiv test alətlərindən istifadə təcrübəsi / mənimsəmə qabiliyyəti Təklif olunur: Müqavilə müddəti: 12 ay Ödəniş keçirilən sorğu sayına görə hesablanır Maraqlanan namizədlər CV, motivasiya məktubu və müvafiq diplom/lisenziyaların surətlərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməlidirlər. E-mailin mövzu hissəsində “Tədqiqat üzrə köməkçi-Lənkəran” qeyd olunmalıdır.