Местоположение: Bakı
Vəzifə öhdəlikləri: Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun olaraq işə qəbul, vəzifə dəyişikliyi və əmək müqaviləsinə xitam verilməsi proseslərinin ƏMAS sistemi üzərindən həyata keçirilməsi və sənədləşdirilməsi; Məzuniyyət əmrlərinin hazırlanması, məzuniyyət haqlarının, kompensasiyaların və son haqq-hesabın hesablanması; Əməkhaqqının hesablanması və payroll proseslərinin icrası; İşçilərin şəxsi işlərinin formalaşdırılması, müvafiq sənədlərin toplanması və arxivləşdirilməsi; Əmək kitabçalarının doldurulması və qeydiyyatının aparılması; Xəstəlik vərəqələrinin rəsmiləşdirilməsi, hesablanması və müvafiq sistemlərdə işlənməsi; İşçilərin gündəlik davamiyyətinə nəzarət edilməsi və tabel uçotunun aparılması; Gündəlik, həftəlik və aylıq HR hesabatlarının hazırlanaraq rəhbərliyə təqdim edilməsi; Vakansiyaların elan edilməsi, CV-lərin dəyərləndirilməsi, namizədlərlə müsahibələrin təşkili və keçirilməsi; İşçilərlə effektiv kommunikasiyanın qurulması və yaranan məsələlərin həllində iştirak; Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi. Namizədə tələblər: Ali təhsil (İnsan Resurslarının İdarəedilməsi sahəsi üzrə təhsil üstünlükdür); İnsan resursları sahəsində minimum 1 il iş təcrübəsi; Azərbaycan Respublikası Əmək Məcəlləsini yaxşı səviyyədə bilmək; ƏMAS sistemi ilə işləmə bacarığı; Payroll və əməkhaqqı hesablamaları üzrə biliklər; MS Office proqramlarında, xüsusilə Excel proqramında yaxşı səviyyədə işləmək bacarığı; Analitik düşünmə, məsuliyyətlilik və detallara diqqət; Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı. Əlavə məlumat: İş qrafiki: 5 günlük, 09:00 – 18:00; İş yeri: Bakı şəhəri, Sabunçu rayonu, Bəşir Bünyadov küçəsi 12M; Əməkhaqqı: 800 AZN; Nahar şirkət tərəfindən təmin edilir. Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində "İnsan Resursları üzrə Mütəxəssis" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.