Yüklənir...
Местоположение: Bakı
Vəzifə öhdəlikləri Onlayn satış platformasının idarə edilməsi Platformada məhsul çeşidlərinin, qiymətlərin, kateqoriyaların və şəkillərin yoxlanılması; Yeni məhsulların platformaya əlavə edilməsi; Satışdan çıxarılan məhsulların platformadan silinməsi; Məhsul məlumatlarının aktuallığına və düzgünlüyünə nəzarət etmək. Məhsul məlumatları və etiketləmə Məhsul məlumatlarının Azərbaycan dilinə tərcümə edilməsi; Məhsul adlarının, tərkibinin və digər məlumatların düzgün hazırlanması; Məhsul etiketlərinin hazırlanması və çap edilməsi. 1C proqramı üzrə əməliyyatlar Yeni daxil olan məhsulların 1C sisteminə əlavə edilməsi; Məhsul adlarının, kodlarının və digər zəruri məlumatların sistemdə qeydiyyata alınması; Məhsul məlumatlarının düzgünlüyünə nəzarət etmək. AQTA sənədləri və sertifikatlara nəzarət Məhsullara aid müvafiq sertifikat və sənədlərin yoxlanılması; AQTA tələblərinə uyğun sənədlərin mövcudluğuna nəzarət etmək; Sənədlərin uyğunluğunu və etibarlılıq müddətlərini izləmək. Satış prosesinə dəstək Satış əməkdaşlarına gündəlik iş prosesində dəstək göstərmək; Məhsullarla bağlı yaranan məsələlərin operativ həllinə kömək etmək; Müvafiq struktur bölmələrlə koordinasiyalı işləmək. Namizədə dair tələblər Yaş həddi: 22–35; Ali təhsil; Təcrübə min 1 il; MS Office proqramlarında, xüsusilə Excel-də işləmək bacarığı; 1C proqramı üzrə biliklər; Azərbaycan dilində düzgün yazı və tərcümə bacarığı; Analitik düşünmə və təşkilatçılıq qabiliyyəti; Məsuliyyətli, diqqətli və operativ olmaq; Komandada işləmək bacarığı. Üstünlük hesab olunur Satınalma və təchizat sahəsində iş təcrübəsi; Onlayn satış platformaları ilə iş təcrübəsi; Qida və dəniz məhsulları sektorunda təcrübə; Məhsul sənədləşməsi və sertifikatlarla iş təcrübəsi. İş şəraiti Əmək haqqı: 700 AZN; İş rejimi: 6 günlük iş həftəsi; Rəsmi əmək müqaviləsi; İş yeri: Nərimanov rayonu, Əlicabbar Orucəliyev küçəsi 70–72. Müraciət etmək istəyən namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.