Beynəlxalq kommunikasiya üzrə mütəxəssis - Head Start Career Development

Местоположение: Bakı

Vəzifə öhdəlikləri Qurumun beynəlxalq kommunikasiya fəaliyyətinin planlaşdırılması və həyata keçirilməsində iştirak etmək; Xarici tərəfdaşlar, beynəlxalq təşkilatlar, diplomatik nümayəndəliklər və digər qurumlarla kommunikasiya proseslərini koordinasiya etmək; Beynəlxalq auditoriya üçün kommunikasiya materialları, press-relizlər, təqdimatlar, məlumat məktubları və digər sənədlər hazırlamaq; Qurumun beynəlxalq platformalarda və tədbirlərdə kommunikasiya fəaliyyətinə dəstək göstərmək; Xarici mediada və beynəlxalq informasiya resurslarında qurumla bağlı məlumatları monitorinq etmək; Beynəlxalq gündəmi və kommunikasiya trendlərini izləmək və müvafiq məlumatları təhlil etmək; Beynəlxalq tədbirlərin, görüşlərin, forumların və konfransların təşkilində iştirak etmək; Xarici tərəfdaşlarla rəsmi yazışmaları və kommunikasiya proseslərini həyata keçirmək; Qurumun beynəlxalq imicinin və institusional kommunikasiya strategiyasının inkişafına töhfə vermək; Beynəlxalq əməkdaşlıq layihələri çərçivəsində kommunikasiya planlarının hazırlanmasında iştirak etmək; Rəhbərlik üçün analitik və kommunikasiya xarakterli hesabatlar hazırlamaq. Tələblər Ali təhsil; Beynəlxalq kommunikasiya, ictimai əlaqələr və ya əlaqəli sahədə iş təcrübəsi; İngilis və rus dillərini yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı; Rəsmi və diplomatik yazışma qaydalarını bilmək; Beynəlxalq gündəm və qlobal kommunikasiya prosesləri barədə məlumatlılıq; Analitik düşüncə və güclü tədqiqat bacarıqları; Peşəkar mətn və təqdimat hazırlamaq bacarığı; Güclü kommunikasiya və təşkilatçılıq bacarıqları; MS Office proqramlarında yaxşı işləmək bacarığı; Detallara diqqətli, məsuliyyətli və nəticəyönümlü olmaq. İş şəraiti: İş yeri: Bakı İş qrafiki: Tam iş günü Əmək müqaviləsi: Rəsmi Qeyd: Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.  Əmək haqqı: 2500-2800 AZN (Namizədə görə arta bilər.) Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini  M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .