Dövlət Qurumları ilə Əlaqələr üzrə Menecer - Head Start Career Development

Местоположение: Bakı

Vəzifə haqqında Şirkətin dövlət qurumları, ictimai təşkilatlar, biznes assosiasiyaları və digər maraqlı tərəflərlə əlaqələrinin inkişaf etdirilməsi və idarə olunması istiqamətində çalışacaq təcrübəli və strateji düşüncəyə malik Public Affairs Manager axtarırıq. Namizəd dövlət siyasəti, qanunvericilik və tənzimləyici dəyişiklikləri izləməli, institusional əməkdaşlıq imkanlarını müəyyənləşdirməli və şirkətin maraqlarına uyğun kommunikasiya və əlaqələr strategiyalarının hazırlanmasında iştirak etməlidir. Əsas vəzifə öhdəlikləri Dövlət qurumları, dövlət təşkilatları, ictimai birliklər və biznes assosiasiyaları ilə işgüzar əlaqələrin qurulması və inkişaf etdirilməsi; Dövlət qurumları ilə əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi və əlaqələrin koordinasiyası; Qanunvericilik, dövlət siyasəti və tənzimləyici mühitdə baş verən dəyişikliklərin monitorinqinin aparılması; Dövlət proqramları, normativ-hüquqi aktlar və sektoral təşəbbüslərin təhlil edilməsi; Şirkətin maraqlarına təsir edə biləcək institusional və tənzimləyici dəyişikliklər barədə rəhbərliyə məlumatların təqdim edilməsi; Dövlət və özəl sektor arasında əməkdaşlıq imkanlarının araşdırılması; Rəsmi məktubların, analitik arayışların, təqdimatların və kommunikasiya materiallarının hazırlanması; İşgüzar görüşlərin, rəsmi tədbirlərin və institusional əməkdaşlıq təşəbbüslərinin təşkil edilməsi; Maraqlı tərəflərin xəritələndirilməsi və onlarla kommunikasiya strategiyasının hazırlanması; Şirkətin ictimai və institusional münasibətlərinin inkişaf etdirilməsi; Müvafiq istiqamətlər üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi. Namizədə tələblər: Beynəlxalq münasibətlər, Dövlət və ictimai münasibətlər, Hüquq, Siyasi elmlər, İqtisadiyyat və ya müvafiq sahə üzrə ali təhsil; Dövlət siyasəti və qanunvericilik prosesləri haqqında biliklər; Analitik araşdırma və məlumatların sistemləşdirilməsi bacarığı; Rəsmi yazışmaların, hesabatların və təqdimatların hazırlanması üzrə təcrübə; Güclü kommunikasiya, danışıqlar aparmaq və təqdimat bacarıqları; Strateji düşünmə və maraqlı tərəflərlə effektiv əməkdaşlıq qurmaq bacarığı; Azərbaycan və ingilis dillərini yaxşı səviyyədə bilmək; rus dili biliyi üstünlükdür; Yüksək məsuliyyətlilik, təşəbbüskarlıq və məxfi məlumatlarla işləmək bacarığı. Təklif edirik Bilik və təcrübəyə uyğun rəqabətqabiliyyətli əməkhaqqı; Peşəkar inkişaf və karyera yüksəlişi imkanları; Strateji əhəmiyyətli layihələrdə iştirak imkanı; Dövlət və özəl sektor arasında əməkdaşlıq təşəbbüslərində iştirak; Peşəkar və dinamik iş mühiti; Beynəlxalq və institusional əməkdaşlıq imkanlarının genişləndirilməsi. Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq. Əmək haqqı: 2600-2900 AZN   Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini  M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .