Yüklənir...
Местоположение: Bakı
“HORECA” MMC üçün Sürücü axtarışındayıq. Namizədə tələblər: Mövcud sahə üzrə 1-3 il iş təcrübəsi. Sürücülük vəsiqəsi (BC kateqoriya) Yük daşıma avtomobilini idaretmə bacarığı (Ford , Hyundai) Əmək şəraiti: Həftəiçi 5 günlük iş rejimi, saat 09:00-18:00 Faktiki iş ünvanı: Bakı şəhəri Əmək haqqı: 800 Azn Şəxsi keyfiyyətlər: Ünsiyyət qurmaq bacarığı Məsuliyyətli və nizam intizamlı olmalı Vəzifə öhdəlikləri: Nəqliyyat vasitəsinin texniki cəhətdən saz vəziyyətdə olmasına nəzarət etmək, yola çıxmazdan əvvəl onun əsas texniki vəziyyətini yoxlamaq. Rəhbərlik tərəfindən müəyyən edilmiş marşrut və tapşırıqlara uyğun olaraq malların, yüklərin və ya digər materialların vaxtında və təhlükəsiz çatdırılmasını təmin etmək. Daşınan malların sayının, çeşidinin və vəziyyətinin müşayiətedici sənədlərə uyğunluğunun yoxlanılmasını təmin etmək. Nəqliyyat vasitəsinin yanacaq sərfiyyatına, yürüş göstəricilərinə və texniki xidmət müddətlərinə nəzarət etmək, tələb olunan məlumatların müvafiq sənədlərdə düzgün qeyd edilməsini təmin etmək. Rəhbərlik tərəfindən əmək funksiyasına uyğun verilmiş qanuni tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək. Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına CV-lərinizi “Sürücü ” başlığı altında göndərə bilərsiniz.