Yüklənir...
Местоположение: Bakı
Təsvir Kredit müraciətlərinin qəbul edilməsi, müştərilərin maliyyə vəziyyətinin və ödəmə qabiliyyətinin təhlil edilməsi; Müştərinin kredit tarixçəsinin araşdırılması və qiymətləndirilməsi; Zaminlərin maliyyə vəziyyətinin və öhdəlikləri yerinə yetirmək imkanlarının təhlil edilməsi; Kredit müraciətləri üzrə zəruri məlumat və sənədlərin toplanılması, düzgünlüyünün yoxlanılması və təhlil edilməsi; Kredit portfelinin keyfiyyətinə və müştərilərin ödəniş intizamına mütəmadi nəzarət etmək; Verilmiş kreditlər üzrə müştərilərlə mütəmadi əlaqə saxlamaq və ödənişlərin vaxtında həyata keçirilməsini təmin etmək; Görülmüş işlər, kredit portfelinin vəziyyəti və gecikmələr üzrə dövri hesabatlar hazırlamaq və vəzifə öhdəliklərinin müəyyən edilmiş standartlara uyğun, dəqiq və məsuliyyətli şəkildə icra edilməsi. Tələblər Bank/BOKT sektorunda kredit, maliyyə, risklərin idarə edilməsi və ya müvafiq sahədə minimum 1 il iş təcrübəsi; Güclü analitik və məntiqi düşüncə, maliyyə göstəricilərini təhlil etmək və riyazi hesablamalar aparmaq bacarığı; Effektiv ünsiyyət, danışıqlar aparmaq, müştəri münasibətləri və satış bacarıqları; Stressli və dinamik iş mühitində effektiv işləmək və çevik həll yolları müəyyən etmək bacarığı. Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.