İT idarəetmə və komplayens üzrə aparıcı mütəxəssis - İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

Местоположение: Bakı

Təsvir Dövlət qurumlarının istifadə etməli olduqları avadanlıq və proqram təminatına dair texniki uyğunluğunun müəyyənləşdirilməsi; Rəqəmsal inkişaf layihələrinə, elektron xidmətlərin, informasiya sistemlərinin texniki və səmərəlilik baxımından məqsədəuyğunluğunun qiymətləndirməsi və təhlil edilməsi; Reyestrlərə (İESR, EXR və s.) qeydiyyat prosesinin həyata keçirilməsi; İdarəetmə sənədlərinin hazırlanması; Elektron xidmətlərin funksional tələblərə uyğunluğunun yoxlanılması; Rəqəmsal xidmətlərin istifadəçi təcrübəsinin qiymətləndirilməsi. Normativ sənədlərin hazırlanmasında iştirak edilməsi; Metodoloji sənədlərin qiymətləndirilməsi; Hesabatlılığın təmin edilməsi; Müvafiq araşdırmaların aparılması; Görüşlərdə və müzakirələrdə iştirak. Tələblər Sahə üzrə ən azı 2 il iş təcrübəsi; İnformasiya Texnologiyaları, Kompüter Elmləri, Data Science və ya əlaqəli sahələr üzrə bakalavr və ya magistr dərəcəsi; Dövlət qurumları və ya böyük miqyaslı təşkilatlarla iş təcrübəsi; Məlumatların həyat dövrü idarəetməsi (data lifecycle management) və məlumat təhlükəsizliyi standartları ilə tanışlıq; Elektron xidmətlərin və informasiya sistemlərinin texniki qiymətləndirilməsi və təhlili bacarığı; İstifadəçi təcrübəsinin qiymətləndirilməsi və funksional tələblərə uyğunluğun yoxlanılması bacarığı; Analitik düşüncə və problem həll etmə bacarığı; Dövlət qurumları və digər aidiyyəti subyektlərlə rəsmi və işgüzar danışıqların (habelə yazışmaların) aparılması qabiliyyəti; Elektron sənəd dövriyyəsi vasitəsilə rəsmi yazışmaların aparılması təcrübəsi; Daxili kommunikasiya və əməkdaşlıq bacarıqları; Proaktivlik və müstəqil işləmə qabiliyyəti. Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər   Müraciət et   düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.