Filialların idarə edilməsi və satış departamentinin Analitika şöbəsində mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis - International BOKT

Местоположение: Bakı

BOKT “INTERNATIONAL” ASC  Filialların idarə edilməsi və satış departamentinin Analitika şöbəsində mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis vəzifəsinə işçi qəbulu elan edir Əsas vəzifə öhdəlikləri: Filialların fəaliyyət göstəricilərinin gündəlik, həftəlik və aylıq əsasda təhlilini aparmaq; Faktiki göstəricilərin plan və əvvəlki dövrlərin nəticələri ilə müqayisəli təhlilini aparmaq, kənarlaşmaları müəyyən etmək və səbəblərini araşdırmaq; Filialların fəaliyyət nəticələri üzrə gündəlik, həftəlik, aylıq və rüblük analitik hesabatların hazırlanmasında iştirak etmək; Filialların satış dinamikasını, məhsuldarlığını və fəaliyyət səmərəliliyini təhlil etmək, inkişaf imkanlarını müəyyənləşdirmək; Filialların fəaliyyət göstəriciləri əsasında müxtəlif analitik hesabatlar və təqdimatlar hazırlamaq; Aşkar edilmiş məlumat uyğunsuzluqları və kənarlaşmalarla bağlı aidiyyəti struktur bölmələrlə koordinasiya aparmaq; Filialların fəaliyyətinin və satış nəticələrinin yaxşılaşdırılması ilə bağlı analitik əsaslandırılmış təkliflər hazırlamaq; Yeni məhsul, satış kampaniyası, motivasiya və digər layihələrin nəticələrinin analitik qiymətləndirilməsində iştirak etmək; Rəhbərliyin və şöbə rəhbərinin tapşırıqları əsasında xüsusi analitik təhlillər və hesabatlar hazırlamaq. Namizədə tələblər: Maliyyə, iqtisadiyyat, idarəetmə və ya əlaqəli sahə üzrə ali təhsil; Bank və ya bank olmayan kredit təşkilatında Analitika,  satış və ya kredit sahəsində iş təcrübəsi; Kredit məhsulları, kredit riskləri və satış prosesləri üzrə biliklər; Analitik hesabatların hazırlanması və məlumatların vizuallaşdırılması bacarığı Analitik düşünmə, məsuliyyətlilik və qərarvermə qabiliyyəti; Komandada işləmək və müxtəlif struktur bölmələri ilə effektiv kommunikasiya qurmaq bacarığı; Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı  MS Office proqramlarında sərbəst işləmək bacarığı. Şirkət təklif edir: Rəqabətqabiliyyətli əmək haqqı; Bonus və motivasiya sistemi; Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə; Peşəkar inkişaf və karyera yüksəlişi imkanları; İş qrafiki: Bazar ertəsi – Cümə: 09:00 – 18:00  Maraqlanan namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına Subject/Mövzu hissəsində “ Analitika şöbənin mütəxəssisi/aparıcı mütəxəssisi/baş mütəxəssisi” qeyd etməklə göndərmələri xahiş olunur.