Yüklənir...
Местоположение: Bakı
Təsvir Mağazalar, onlayn satış, əlaqə mərkəzi, çatdırılma, quraşdırılma və servis üzrə müştəri təcrübəsinin təhlil edilməsi; Müştəri səyahəti xəritələrinin (CJM) hazırlanması, problemli məqamların müəyyənləşdirilməsi və təkmilləşdirmə təkliflərinin verilməsi; NPS, CSAT və CES sorğularının, müştəri müsahibələrinin və alış etməyən müştərilərlə araşdırmaların planlaşdırılması və həyata keçirilməsi; Sorğu anketlərinin hazırlanması, hədəf auditoriyanın, seçmə həcminin və sorğuların keçirilmə vaxtının müəyyən edilməsi; Müştəri rəylərinin, şikayətlərinin və təkrar müraciətlərinin təhlil edilməsi, narazılıqların əsas səbəblərinin müəyyənləşdirilməsi; Mağaza, kanal, region və xidmət mərhələləri üzrə hesabatların hazırlanması, nəticə və tövsiyələrin rəhbərliyə təqdim edilməsi; Aidiyyəti bölmələrlə təkmilləşdirmə planlarının razılaşdırılması, icra prosesinin və nəticələrin izlənilməsi; Mənfi rəy bildirən müştərilərlə geri dönüş prosesinə və problemlərin həllinə nəzarət edilməsi; IT, BI və CRM komandaları ilə sorğuların, məlumatların toplanması və hesabatların avtomatlaşdırılması prosesində iştirak edilməsi. Tələblər Ali təhsil; Müştəri təcrübəsi, müştəri araşdırmaları, xidmət keyfiyyəti və ya əlaqəli sahədə minimum 3 il iş təcrübəsi; Azərbaycan və rus dillərində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı; Kəmiyyət və keyfiyyət araşdırmalarının planlaşdırılması, keçirilməsi və nəticələrinin təhlili üzrə praktiki təcrübə; NPS, CSAT və CES metodologiyaları, seçmənin formalaşdırılması və müştəri seqmentasiyası üzrə biliklər; Müştəri səyahəti xəritələrinin (CJM) hazırlanması və problemlərin kök səbəblərinin təhlili bacarığı; Excel proqramında sərbəst işləmək bacarığı (Pivot cədvəllər, düsturlar, məlumatların emalı və yoxlanılması); Hesabatların hazırlanması, göstəricilərin düzgün şərh edilməsi və nəticələrin təqdim olunması bacarığı; Təhlil nəticələrini konkret fəaliyyət planına çevirmək və dəyişikliklərin effektivliyini ölçmək bacarığı; Analitik düşüncə, detallara diqqət, məsuliyyət və müstəqil işləmək bacarığı; Müxtəlif bölmələrlə səmərəli əməkdaşlıq və layihələrin icrasını koordinasiya etmək bacarığı; Power BI, Power Query, SQL bilikləri və CRM sistemləri ilə iş təcrübəsi arzuolunandır; Pərakəndə satış və ya elektron ticarət sahəsində təcrübə, həmçinin ingilis dili biliyi üstünlükdür. Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.