Местоположение: Bakı
Vəzifə öhdəlikləri: Dəmir-beton və metal konstruksiya işlərinin layihəyə, texniki tələblərə və iş qrafikinə uyğun icrasını təşkil etmək; Qəlib, armatur və beton işlərinin keyfiyyətinə və texnoloji ardıcıllığına nəzarət etmək; Armaturun sinfi, diametri, sayı, addımı, ankerlənmə və bindirmə uzunluqlarının, həmçinin betonun qoruyucu qatının layihəyə uyğunluğunu yoxlamaq; Beton tökülməzdən əvvəl qəlib və armatur işlərinin yoxlanılmasında, gizli işlər aktlarının hazırlanmasında iştirak etmək; Betonun qəbulu, yerləşdirilməsi, vibrasiya ilə sıxlaşdırılması və beton səthinə qulluğa nəzarət etmək; Metal konstruksiyaların montajına, anker boltlarına, boltlu və qaynaq birləşmələrinin layihəyə uyğun icrasına nəzarət etmək; Briqada və subpodratçıların gündəlik işlərini əlaqələndirmək, görülən işlərin həcmini yoxlamaq; Material tələbatını müəyyənləşdirmək, sahəyə daxil olan materialların uyğunluğunu və sərfiyyatını izləmək; Gündəlik iş hesabatlarını hazırlamaq, uyğunsuzluqları qeydə almaq və aradan qaldırılmasını izləmək; Sahədə əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etmək. Namizədə tələblər: İnşaat mühəndisliyi və ya müvafiq ixtisas üzrə ali təhsil; Dəmir-beton və metal konstruksiya işləri üzrə sahədə minimum 3 il iş təcrübəsi; Qəlib, armatur, beton və metal konstruksiya montajı prosesləri üzrə praktiki biliklər; Layihələri, işçi cizgiləri, armatur və metal konstruksiya spesifikasiyalarını oxumaq bacarığı; Tikinti norma və qaydaları, keyfiyyətə nəzarət və təhlükəsizlik tələbləri üzrə biliklər; AutoCAD və MS Office proqramlarında işləmək bacarığı; İşçi heyətini idarə etmək, operativ qərar vermək və texniki məsələləri həll etmək bacarığı; Məsuliyyət, dəqiqlik və təşkilatçılıq. İş şəraiti: İş yeri: Bakı şəhəri İş qrafiki: 6 günlük Əməkhaqqı: namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən edilir. Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .