Yüklənir...
Местоположение: Bakı
Əmək haqqı: 2000 – 3000 AZN İşin öhdəlikləri Satınalma müqavilələrinin hazırlanması üzrə ilkin hüquqi və kommersiya anlayışına malik olmaq; Satın alınan malların hərəkətinin izlənilməsi və müvafiq sənədləşmənin təşkili; Təchizat və satınalma proseslərinin ümumi prinsipləri barədə bilik; Razılaşdırılmış kommersiya şərtlərinin icrasına nəzarət; Xarici bazar araşdırmalarının aparılması və satış analizlərinin hazırlanması; Zəruri hallarda xarici ölkələrə ezamiyyətlərdə iştirak (sərgi və təlimlər); Təchizat üzrə sənəd dövriyyəsinin təşkili və idarə olunması; Təchizat zəncirinin idarə olunması prinsipləri barədə anlayış; Böyük həcmli məlumatlarla işləmə və yüksək məhsuldarlıq qabiliyyəti; Tədarükçülərlə qiymət və texniki şərtlər üzrə danışıqların aparılması; Xarici ölkələrdən malların vaxtında sifarişi və ölkəyə çatdırılmasının təşkil edilməsi; Rəhbərliyə müvafiq hesabatların hazırlanması və təqdim edilməsi; Qərarvermə, problem həll etmə, planlaşdırma və komanda ilə işləmə bacarığı; Stressə davamlılıq, məsuliyyətlilik və peşəkar iş etikası; Vəzifə öhdəliklərinin vaxtında və dəqiq yerinə yetirilməsi. Tələblər Təhsil: Ali; İş təcrübəsi: Satınalma və ya təchizat sahəsində minimum 3–5 il (mütləq şərt); Kompüter bilikləri: MS Office (Word, Excel) – yüksək səviyyədə; Analitik düşünmə və effektiv ünsiyyət bacarıqları; Yaş həddi: 25–40; Azərbaycan dili – səlis; İngilis və rus dilləri – minimum C1 səviyyəsində (yazılı və şifahi) mükəmməl bilmək mütləqdir; Cins: Xanım və bəy; İş qrafiki: 6 günlük, 09:00 – 19:00. Vacib qeyd (CV göndərən namizədlər üçün) Satınalma sahəsində minimum 2-3 il iş təcrübəsi və İngilis və rus dilləri – minimum C1 səviyyəsində (yazılı və şifahi) mükəmməl bilmək mütləqdir. Yuxarıda qeyd olunan meyarlara uyğun olmayan namizədlərdən CV göndərməmələri xahiş olunur. Tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır. Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r.