Местоположение: Bakı
MAX PRINT MMC komandamızı genişləndirir və nəticəyönümlü İşə Qəbul üzrə Mütəxəssis axtarır. Əgər namizəd axtarışı, ünsiyyət və düzgün namizədi düzgün vəzifə ilə uyğunlaşdırmaq Sizin güclü tərəfinizdirsə, Sizi komandamıza dəvət edirik! Vəzifə öhdəlikləri Açıq vakansiyalar üzrə namizədlərin aktiv axtarışı və seçilməsi; CV-lərin təhlili və ilkin müsahibələrin keçirilməsi; Namizədlərlə telefon və onlayn müsahibələrin təşkili; Uyğun namizədlərin rəhbərlərə təqdim edilməsi; Namizəd bazasının formalaşdırılması və yenilənməsi; Vakansiyaların müxtəlif platformalarda yerləşdirilməsi və idarə olunması; İşə qəbul prosesinin bütün mərhələlərində namizədlərlə kommunikasiya; Vakansiyaların vaxtında və keyfiyyətli bağlanmasının təmin edilməsi. Tələblər Recruitment / HR sahəsində iş təcrübəsi; Namizəd axtarışı və aktiv sourcing bacarığı; LinkedIn və digər işə qəbul platformaları ilə işləmək bacarığı; Güclü kommunikasiya və müsahibə aparmaq bacarığı; Məsuliyyətli və nəticəyönümlü yanaşma; Bir neçə vakansiya ilə paralel işləmək bacarığı; Rus dili – sərbəst danışıq və yazılı ünsiyyət səviyyəsində (mütləqdir); Azərbaycan dilində sərbəst ünsiyyət. İş formatı Tam remote iş formatı. Gündəlik olaraq ofisə gəlmək tələb olunmur. Ofisə yalnız namizədlərlə üzbəüz müsahibələrin keçirilməsi üçün gəlmək tələb olunur. Müsahibələr əvvəlcədən razılaşdırılır. Əməkhaqqı və bonus 500 AZN NETT + hər uğurla bağlanmış vakansiyaya görə bonus. Nəticəyönümlü bonus sistemi ilə əlavə qazanc imkanı . CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərin və mövzu hissəsində “Recruiter” qeyd etmənizi xahiş edirik.