Местоположение: Bakı
Əsas öhdəliklər: İnsan resursları əməliyyatlarının Azərbaycan Respublikasının əmək qanunvericiliyinə və şirkətin daxili qaydalarına uyğun təşkili; Vakansiya elanlarının hazırlanması və paylaşılması; Namizədlərin ilkin dəyərləndirilməsi, müsahibələrin təşkili və seçim prosesində iştirak; Yeni işçilərin işə qəbul və adaptasiya prosesinin təşkili, tələb olunan sənədlərin hazırlanması və oriyentasiya proqramının həyata keçirilməsi; İşçilərin şəxsi işlərinin formalaşdırılması, yenilənməsi və arxivləşdirilməsi; İşə qəbul, vəzifə, habelə əmək müqaviləsinə xitam verilməsi proseslərinin rəsmiləşdirilməsinə və kadr sənədləşməsi; İş vaxtının uçotu, davamiyyət və məzuniyyət proseslərinin, eləcə də əməkhaqqının hesablanması üçün təqdim olunan ilkin məlumatların düzgünlüyünü təmin etmək; ƏMAS və şirkətin daxili insan resursları sistemlərində işçi məlumatlarının dəqiqliyinə işlənilməsi, aktuallığına və məxfiliyinə nəzarəti; Tabellərin doldurulması və əmrlərin hazırlanması; Məzuniyyət cədvəllərinin tərtibi və məzuniyyətlərin verilməsinə nəzarət; Əmək kitabçalarının qeydiyyatının aparılması, yeni əmək kitabçalarının açılması və zərurət olduqda doldurulması; İşçi intizamı, daxili qaydalar və əmək münasibətləri ilə bağlı məsələlərin operativ həllinə dəstək göstərilməsi. İşçilərin İR-la bağlı suallarına cavab verilməsi və problemlərin vaxtında həlli Tələblər: Ali təhsil (Biznesin idarə edilməsi, İqtisadiyyat və ya müvafiq sahələr üzrə); İnsan resursları sahəsində minimum 3 il iş təcrübəsi; HR proseslərinin təkmilləşdirilməsi üzrə biliklər; MS Office və yaxşı səviyyədə Exceldə işləmək baqcarığı; Analitik düşünmə, problem həlletmə və qərarvermə bacarığı; Güclü ünsiyyət, danışıqların aparılması və münaqişələrin idarə edilməsi bacarığı; Yüksək məsuliyyətlilik, detallara diqqət və məxfi məlumatlarla işləmək bacarığı; Tabellərlə işləmə bacarığı; Məzuniyyət və icazələrin verilməsi, işçilərin gediş-gəliş saatlarının nəzarətində təcrübə; Əmək haqlarının hesablanması və ödənilməsi prosesləri ilə bağlı təcrübə (üstünlükdür) Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.