SƏTƏM Nəzarətçisi - Norm OJSC

Местоположение: Bakı

Hazırda şirkətimizə SƏTƏM Nəzarətçisi tələb olunur. İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, Səngərqaya-1 yolu, 7-ci km. Tələblər:   Texniki sahə üzrə ali təhsil. Sağlamlıq və əməyin təhlükəsizliyi sahəsində ən azı 5 il iş təcrübəsi; sənaye müəssisələrində və komanda idarəetməsi təcrübəsinin olması üstünlükdür. Azərbaycanın əməyin mühafizəsi, sənaye və yanğın təhlükəsizliyi qanunvericiliyi, həmçinin ISO 45001 standartı üzrə biliklər. Risklərin qiymətləndirilməsi, PTW, LOTO, hadisələrin təhqiqatı və kök səbəb təhlili üzrə biliklər. Fövqəladə hallara hazırlıq və yanğın təhlükəsizliyi üzrə biliklər; sement istehsalının təhlükəsizlik riskləri üzrə biliklər üstünlükdür. Liderlik, analitik düşünmə, qərarvermə, effektiv ünsiyyət və komanda işi bacarıqları. İşgüzar səviyyədə ingilis dili biliyi və MS Office proqramlarında işləmək bacarığı. Tələb olunan kompetensiyalar: Müştəriyönümlülük Bütövlük Yenilikçilik Əsas vəzifə və öhdəliklər: Qanunvericilik, ISO 45001 və korporativ SƏTƏM tələblərinə uyğunluğu qiymətləndirmək, tədbirlərin icrasına nəzarət etmək. SƏTƏM komandasının işini planlaşdırmaq, tapşırıqları koordinasiya etmək və komanda üzvlərinin inkişafını dəstəkləmək. SƏTƏM siyasəti, prosedur və təlimatlarının hazırlanmasını koordinasiya etmək, məqsəd və hədəflərin müəyyən edilməsində iştirak etmək. Planlı və növbədənkənar SƏTƏM yoxlamalarını təşkil etmək, uyğunsuzluqların aradan qaldırılmasına nəzarət etmək. Təhlükələrin müəyyən edilməsi və risklərin qiymətləndirilməsini koordinasiya etmək, nəzarət tədbirlərinin effektivliyini qiymətləndirmək. Yüksək riskli işlərin (hündürlükdə, qapalı sahələrdə, isti işlər, yükqaldırma, elektrik işləri) PTW və LOTO tələblərinə uyğun aparılmasına nəzarət etmək. İşçilər, podratçılar və ziyarətçilər üçün SƏTƏM təlimləri və maarifləndirmə tədbirləri təşkil etmək. Bədbəxt hadisə, xəsarət və az-qala hadisələrin araşdırılmasını koordinasiya etmək, düzəldici tədbirlərin icrasına nəzarət etmək. Podratçıların SƏTƏM göstəricilərini izləmək və müqavilə öhdəliklərinə uyğunluğunu qiymətləndirmək. Yanğın təhlükəsizliyi tələblərinə və yanğından mühafizə sistemlərinin yoxlanılmasına nəzarət etmək. Fövqəladə hallara hazırlıq, təxliyə planları və təlim-məşqlərin təşkilini koordinasiya etmək. Törəmə müəssisələrdə korporativ SƏTƏM tələblərinin tətbiqini koordinasiya etmək, məsul şəxslərə metodiki dəstək göstərmək. Daxili və xarici auditlərə, dövlət yoxlamalarına hazırlığı koordinasiya etmək. SƏTƏM üzrə əsas performans göstəricilərini,yoxlama nəticələrini təhlil etmək, rəhbərliyə dövri hesabatlar təqdim etmək. Təhlükəsizlik mədəniyyətinin inkişafını və işçilərin SƏTƏM məsələlərində iştirakını təşviq etmək. Biz nə təklif edirik: Könüllü tibbi sığorta Servis avtobusu Şəxsi və peşəkar inkişaf imkanları İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti İşçi mükafatlandırma proqramları və timbildinq fəaliyyətləri Digər imtiyazlar CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.