Süni Qurğular üzrə Layihəçi Mühəndis - North West

Местоположение: Bakı

Vəzifə öhdəlikləri Avtomobil yollarında kiçik süni qurğuların (suötürücü boruların) layihələndirilməsi; Avtomobil yollarında kiçik körpülərin (L ≤ 25,0 m) layihələndirilməsi; Dəmir-beton konstruksiya elementlərinin həcmlərinin hesablanması; Dəmir-beton konstruksiyaların armaturlanma cizgilərinin işlənilməsi; Layihə üzrə süni qurğuların yekun siyahısının və iş həcmləri cədvəllərinin hazırlanması; Layihəyə aid izahat yazısının hazırlanması; Layihəyə aid işçi layihə komplektinin hazırlanması. Tələblər İnşaat mühəndisliyi üzrə ali təhsil (əsasən Yol İnşaatı, Körpülər və Tunellər ixtisası üzrə); Avtomobil yollarının və süni qurğuların layihələndirilməsi üzrə ən azı 3 il iş təcrübəsi ; Dəmir-beton konstruksiyaların layihələndirilməsi və armaturlanması üzrə biliklər; Süni qurğuların suötürücülük və hidravlik hesablamalarını aparmaq bacarığı; Hazırda qüvvədə olan layihələndirmə norma və qaydalarını bilmək; Microsoft Word, Excel və digər ofis proqramlarında işləmək bacarığı; AutoCAD, Revit və digər kompüter qrafik proqramlarında işləmək bacarığı. Muraciətinizi  [email protected]   və ya [email protected]   elektron poçt ünvanlarına “Süni Qurğular üzrə Layihəçi Mühəndis” başlığı ilə göndərməklə edə bilərsiniz.